BAKI, 1 dekabr – «Xəbərlər-Azərbaycan». Dekabrın 1-dən 10-dək Silahlı Qüvvələrimizin nümayəndələri NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilərimiz «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində dekabrın 2-dən 4-ə qədər İsveçrənin Valensdat şəhərində Əməliyyat İmkanları Konsepsiyası Məlumat Bazası üzrə işçi görüşündə iştirak edəcəklər.
Bu gün isə “Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə olaraq Türkiyənin Ankara şəhərində Sərhəd təhlükəsizliyinə nəzarət üzrə kurs başlanacaq. Bu gün həmçinin İsveçin Kungsangen şəhərində Mülki-Hərbi Əməkdaşlıq kursu start götürəcək.
Dekabrın 2-dən 4-ə kimi Latviyanın Riqa şəhərində Cənubi Qafqaz və Moldova üzrə «Cilearinq House» konfransı keçiriləcək.
Almaniyanın Qarmiş şəhərində isə “Regional informasiya mübadiləsi” mövzusunda seminar 9-11 dekabr tarixlərində realLaşacaq. Məlumata görə, ABŞ-ın Norfolk şəhərində Silahlı Qüvvələrdə Transformasiya üzrə işçi görüşü dekabrın 10-da baş tutacaq.
http://az.newsazerbaijan.ru