BAKI, 13 dekabr – «Xəbərlər-Azərbaycan». 2008-ci ilin yekunlarına görə neftə olan tələbat son 25 ildə ilk dəfə aşağı düşüb.
Beynəlxalq Energetika Agentliyinin (BEA) hesablamalarına görə bu il gündəlik tələbat təxminən 0,2 milyon barel aşağı düşərək 85,5 milyon barel təşkil edib, 1983-cü ildən bəri ilk dəfə istehlakın mənfi dinamikası müşahidə olunub. Lakin bu göstərici artıq gələn ildən artmağa başlayaraq gündə 86,6 milyon barel təşkil edəcək.
BEA-nın mənzil-qərargahından bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) dekabrın 17-də Əlcəzairdə baş tutacaq iclasda bu ilin sentyabrından bəri artıq üçüncü dəfə neft hasilatı həcmini azaltmaq barədə qərar qəbul edəcək.
Bu tədbirin köməyi ilə OPEK neftin qiymətinin iyulda olan ən yüksək səviyyə ilə müqayisədə (147,5 dollar) 100 dollardan çox aşağı düşməsinin qarşısını almağa cəhd göstərəcək.
http://az.newsazerbaijan.ru