BAKI, 1 dekabr - "Xəbərlər-Azərbaycan". Dekabrın 4-5-də Finlandiyanın Helsinki şəhərində keçiriləcək ATƏT XİN rəhbərlərinin illik iclası çərçivəsində Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Ermənistan arasında yeni əməkdaşlıq formatı müzakirə olunacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Əli Babacan Bakıya yola düşməzdən əvvəl hava limanında açıqlama verib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri dünəndən Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində Babacan Azərbaycan prezidenti İlham Əliyevin, baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun qəbulunda olacaq, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək.
Görüşlərdə regional məsələlərin, habelə Qafqaz əməkdaşlıq və sabitlik platformasının yaradılması məsələsinin müzakirə olunacağı gözlənilir.
http://az.newsazerbaijan.ru