BAKI, 29 noyabr - "Xəbərlər-Azərbaycan". Dekabrın 2-də “Microsoft-Azərbaycan” şirkəti Bakıda “Funksional uyğunluq və innovasiyalar” mövzusunda konfrans keçirəcək.
Azərbaycanlı informasiya texnologiyaları mütəxəssisləri üçün təşkil olunacaq tədbirdə “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropada texnologiyalar üzrə baş direktoru və meneceri Vilfrid Qrommen iştirak edəcək.
Konfransda verilənlərin inteqrasiyası, virtuallaşdırma, interfeyslər, təhlükəsizlik və s. kimi sahələrdə müxtəlif təchizatçıların proqram və məhsullarının funksional uyğunluğuna aid məsələlər müzakirə olunacaq.
Tədbirdə, həmçinin funksional uyğunluq prinsipləri, habelə “Open Source Software” ilə əlaqə və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
http://az.newsazerbaijan.ru