BAKI, 27 noyabr – «Xəbərlər-Azərbaycan». Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları sənəd saziş deyil, siyasi Bəyannamə idi və bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu bəyanatla Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "RAI International" telekanalına müsahibəsində çıxış edib.
«Burada münaqişənin necə həll olunmasına dair ölkələrin mövqelərini əks etdirən Bəyannamədən söhbət gedir. Həmin Bəyannamənin üç vacib elementini vurğulamaq istərdim. Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıbdır.
İkincisi, Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır.
Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həlli olub», deyə prezident bildirib.
Daha sonra dövlət başçısı bu üç element danışıqlar prosesində yeni elementlər olduğunu bildirib və «Ermənistan rəhbərinin bu prinsipləri, bu Bəyannaməni imzalamağa özündə cəsarət tapmasından» məmnunluğunu ifadə edib.
«Əgər Ermənistan bu prinsiplərə riayət etsə, münaqişə asanlıqla həll oluna bilər», deyə o vurğulayıb.
«Vəziyyət aydındır, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq birlik tərəfindən tanınır. Bu işğal və azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın və öz torpaqlarında məcburi köçkün vəziyyətinə düşübdür. Ölkənin 20 faizi işğal altındadır. Bu, beynəlxalq hüquq normalarına tamamilə ziddir. Münaqişənin sülh yolu ilə deyil, digər yollarla həllinə dair verdiyiniz şərhlə bağlı onu demək istərdim ki, bu Bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə “hesab edirik ki, siyasi həll yolu olmalıdır” deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz demək deyildir. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Qafqazda heç kim müharibə istəmir. Lakin, eyni zamanda, biz bu vəziyyətlə barışa bilmərik. Ermənistanın iki onillikdən çox xalqımızın fundamental hüquqlarını pozması faktı ilə və heç nə baş verməməsi ilə razılaşa bilmərik. Beynəlxalq birlik məsələnin həllində lazımi rolu oynamır. Biz ümid edirik ki, məsələyə diqqət artacaq, xüsusilə də sülhün nə qədər həssas olduğunu göstərən Qafqazdakı son hadisələrdən sonra. Bizə gəldikdə isə, bizim təmas xəttində sülhməramlılar yoxdur. Burada Ermənistan və Azərbaycan ordusu var. Bu səbəbdən də sülh çox həssasdır. Qafqazda sülhün bərqərar olunması üçün biz tezliklə məsələnin həlli yolunu tapmalıyıq», deyə prezident fikrini tamamlayıb.
http://az.newsazerbaijan.ru/