BAKI, 1 dekabr – «Xəbərlər-Azərbaycan». Sumato Energy Group Ltd şirkəti 2009-cu ildə Ceyhan limanından Azərbaycan neftinin ilk partiyasını alıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.
Qeyd olunan partiya yanvarın 1-dən 5-dək yüklənəcək. 2008-ci ildə mənfəət neftinin ümumilikdə 11 partyası satılıb ki, bu hissələri də Arcadia Petroleum Limited, “Glencore”, Select Energy GmbH, Sumato Energy Group Ltd və Taurus Petroleum şirkətləri alıblar.
Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki iştirak payından asılı olaraq bölüşdürülür. Hazırda ARDNŞ ilə yanaşı “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları- Britaniyanın “BP” (34,1367%-operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7%), Yaponiyanın “Inpex Corp.”(10%) və “ITOCHU Oil” (3,9205%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
http://az.newsazerbaijan.ru