BAKI, 4 dekabr - "Xəbərlər-Azərbaycan". 2009-cu ilin yanvar –mart aylarında neftin qiyməti $40 həddində qərarlaşacaq.
Belə bir açıqlama ilə ABŞ-ın aparıcı analitiklərindən biri «Bank of America»-nın törəməsi olan «U.S. Trust» investisiya fondunun rəhbəri Kris Hayzi CNBC telekanalında çıxış edib.
Ekspertin fikrincə, ümumilikdə 209-cu ildə orta qiymət 50 dollar təşkil edəcək.
Qeyd edək ki, bu neft sektoru üçün ən bədbin proqnozlardan biridir.
Bir sıra ABŞ ekspertləri gələn il və sonrakı bir neçə il ərzində neftin qiymətinin 60-80 dollar arasında dəyişəcəyi qənaətindədirlər.
Hayzinin fikrincə, neftin qiymətinin azalması ABŞ üçün hələ ki, daha bir fəsad törədib. Belə ki, tərəqqi dövrünü yaşayan neft kimya sənayesi çöküb ki, bu da artıq S&P indeksinə təsir edib.
Analitikin fikrincə, neftin qiymətinin azalması təkcə qlobal iqtisadi artım tempinin azalması ilə deyil, həmçinin iqtisadiyyatı ağuşuna almış kredit böhranı ilə də bağlıdır.
"Əvvəlki biznes-dövrlərdən fərqli olaraq, neftin qiymətinin azalması bazarları stimullaşdırmaq əvəzinə neqativ spiral effektinə səbəb olacaq ki bu da böhranın hələ tam dərinliyə çatmadığını göstərəcək", deyə Hayzi bildirib.
Nəticədə iqtisadi vəziyyətin pisləşməsindən ehtiyat edən sərmayəçilər əvvəlki kimi, bazardan çıxarılmış kapitalı yenidən dövriyyəyə buraxmayacaqlar ki, bu da resessiyadan çıxışı ləngidəcək.
Bundan əlavə, analitikin fikrincə, neftin qiymətinin ucuz olması alternativ enerji mənbələrinə keçidlə bağlı işləmlərin inkişaf tempini də azalda bilər.
http://az.newsazerbaijan.ru