BAKI, 15 dekabr - «Xəbərlər-Azərbaycan», Əli Məmmədov. Bakının Nizami rayonundakı yaşayış binasında partlayışla bağlı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. Respublika Prokurorluğunun şöbə rəisi Hikmət Məmmədquliyevin verdiyi məlumata görə, saxlanılan şəxslər-biri usta və iki fəhlə dördüncü mərtəbədə təmir işləri aparıblar. İstintaq getdiyi üçün onların adları açıqlanmır.
Xatırladaq ki, partlayış dekabrın 13-də Nizami rayonu, Naxçıvanski 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının 27-ci mənzilində baş verib. Hadisə nəticəsində binanın bir bloku dağılıb, 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa səbəb kimi əsas versiya qaz sızması göstərilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi üzrə cinayət işi qaldırılıb.
http://az.newsazerbaijan.ru