BAKI, 28 noyabr – «Xəbərlər-Azərbaycan», Səlim Balayev. TRACECA layihəsinin imzalanmasının 10 illik yubileyinə hazırlıq məsələləri TRACECA Milli katiblərinin dekabrın 3-də Bakıda keçiriləcək toplantısında müzakirə ediləcək. Bu barədə TRACECA Daimi hökumətlərarası komissiyasında Azərbaycandan olan milli katib Akif Mustafayev məlumat verib.
Toplantıda layihə iştirakçısı olan ölkələrin, Avrokomissiyanın nümayəndələri, həmçinin TRACECA baş katibi Rustan Jenalinov iştirak edəcəklər.
Toplantıda ertəsi gün keçiriləcək beynəlxalq konfransda imzalanacaq sənədlər müzakirə olunacaq.
Konfrans dekabrın 4-də «Gülüstan» sarayında keçiriləcək.
TRACECA layihəsində Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Ermənistan iştirak edirlər.
http://az.newsazerbaijan.ru