Artıq 20 ildir ki, bütün dünyada Beynəlxalq informasiya təhlükəsizliyi günü qeyd olunur. 1988-ci il noyabr ayının 30-da Morris “soxulcanı” adlanan ilk kompüter virusu elmi-tədqiqat institutları, hərbi idarələr, hətta Pentaqon da daxil olmaqla, ARPANET-in minlərlə qovşağının sıradan çıxarılmasına gətirib çıxardı. İlk kompüter virusunun vurduğu ziyan isə təxminən 100 milyon dollar dəyərində qiymətləndirilirdi. Bu hadisə bəşəriyyətin kompüter təhlükəsizliyi haqqında təsəvvürlərini dəyişdi. Məhz həmin vaxtda mütəxəssislər informasiya təhlükəsizliyinin təmini məsələlərinə kompleks yanaşmanın zəruriliyi haqqında ciddi düşünməyə başladılar.
Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat xarakteri daşıyırdı. Morris yaratdığı proqramın davamlığını təcrübədən keçirmək istəyirdi. Onun atası – Milli Təhlükəsizlik Agentliyinin kompüter üzrə eksperti isə hesab edirdi ki, oğlu tutduğu əməlini etiraf etməlidir. R.Morrisi 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyirdi. Lakin məhkəmə Kornell Universitetinin Hesablama texnikası fakültəsinin aspirantına güzəşt edərək, “alim”ə üç il şərti cəza kəsdi.
Həmin ildə Kompüter avadanlığı üzrə Amerika Assosiasiyası 30 noyabrı Beynəlxalq informasiya təhlükəsizliyi (Computer Security Day) günü elan etdi. Hər il ənənəvi olaraq bu assosiasiyanın təşəbbüsü ilə informasiya təhlükəsizliyi problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Baxmayaraq ki, şəbəkə soxulcanının hücumu noyabrın 2-də qeydə alınmışdı, Beynəlxalq informasiya təhlükəsizliyi günü yalnız 30 noyabr tarixində elan edilmişdir
www.ikt.az