BAKI, 19 noyabr – «Xəbərlər-Azərbaycan». Noyabrın 25-də Park İnn otelində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu və Microsoft Azərbaycan şirkətinin təşkil etdikləri uşaqların İnternetdə təhlükəsizliyinə həsr olunmuş, təhsil sahəsində sınaq laiyhəsinin təqdimat mərasimi keçiriləcək.
Layihə Microsoft şirkəti tərəfindən bütün dünyada təşkil olunan Child Safety Online programının bir hissəsidir. Təqdimat mərasimində Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanovun və Azərbaycan Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı gözlənilir.
Tədbir çərçivəsində həmçinin xüsusi hazırlanmış tədris vasaitləri də təqdim olunacaq. Vəsaitlərdə İnternetdə təhlükəsiz fəaliyyətlə bağlı valideynlər, müəllimlər və uşaqlar tərəfindən hansı addımların atılmasının vacibliyi haqqında tövsiyələr verilib.
http://az.newsazerbaijan.ru