BAKI, 27 noyabr – «Xəbərlər-Azərbaycan». Ermənistan Bakıda keçiriləcək Avropa Şurası mədəniyyət nazirləri konfransında iştirakını təsdiqləməyib. Belə bir açıqlama ilə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edib.
«Biz yen də gözləyirik ki, Ermənistan nümayəndə heyəti iştirak edəcək və bu halda onlar üçün bütün digər iştirakçılar kimi şərait yaradılacaq».
Xatırladaq ki, Avropa Şurası ölkələri mədəniyyətə nazirlərinin «mədəniyyətlərarası dialoq – Avropada və qonşu regionlarda davamlı inkişafın və sülhün əsası kimi» adlı beynəlxalq konfrans Bakıda dekabrın 2-3-də keçiriləcək.
Tədbirdə əsasən mədəniyyətlərarası dialoq məsələsi müzakirə olunacaq.
Konfransda Avropa mədəniyyət sazişini imzalamış ölkələrin nazirlərinin, habelə Ərəb Ölkələri Liqasının nazirlərinin, ALECSO və ISESCO nümayəndələrinin iştirakı gözlənilir.
http://az.newsazerbaijan.ru/