Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə keçirdikləri “İnformasiya cəmiyyətinin jurnalisti” müsabiqəsi 19 fevral 2009-cu ildə başa çatdı. Müsabiqənin məqsədi Azərbaycanda informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, informasiya kommunikasiya texnologiyalarından (İKT) cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaq, bu sahədə ən yaxşı yazan jurnalistləri müəyyənləşdirmək və onların əməyini stimullaşdırmaq idi.
Yarışmaya təqdim olunmuş İKT və informasiya cəmiyyəti quruculuğu sahəsi ilə bağlı 2008-ci il ərzində ölkə mətbuatında dərc olunmuş məqalələr, müəllifləri gizli saxlanılmaqla, ölkəmizdə informasiya sahəsində tanınmış mütəxəssislərdən ibarət müstəqil münsiflər heyətinin ekspertizasına verilmiş və onların qiymətləri əsasında qaliblər müəyyənləşdirilmişdir. Müsabiqədə peşəkar jurnalistlərlə bərabər iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Elmi-Təşkilat Şöbəsinin rəis müavini Vüqar Haqverdiyev “Rabitə dünyası” qəzetində dərc olunmuş “Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri” adlı məqaləsinin məzmununa, əhatəliyinə və əhəmiyyətinə görə müsabiqədə 2-ci yeri tutaraq “İnformasiya cəmiyyətinin ən yaxşı jurnalisti” diplomuna layiq görülmüş və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. Qalibi bu qələbə münasibəti ilə təbrik edirik.
www.ict.az