Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (İTİ) ölkəmizdə formalaşmaqda olan informasiya cəmiyyətinin məqsəd və vəzifələrini geniş ictimaiyyətə çatdırmaq, həmçinin yeni cəmiyyətin əsaslarını tədris etmək məqsədilə müvafiq nazirliklər, təşkilatlar və elmi qurumlarla birgə bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də «İnformasiya cəmiyyətinin əsasları» fənninin tədrisinə dair innovativ layihənin reallaşdırılmasıdır. İcrasına ötən ildən başlanan layihəni İTİ Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə həyata keçirir.
İnstitutdan bildirmişlər ki, bu elm müəssisəsinin Tədris İnnovasiya Mərkəzində təşkil olunan mühazirədə İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev tələbə-jurnalistlərə institutun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri haqqında geniş məlumat vermişdir. O, ölkədə informasiya cəmiyyəti quruculuğu istiqamətində görülən məqsədyönlü işlərdən, aparılan dövlət siyasətinin başlıca məqsədlərindən söhbət açmışdır. Bəşəriyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğu müasir dövrdə informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması və tədrisinin müasir dövrün tələbi olduğunu bildirmişdir. Natiq informasiyanın aktuallığı, dolğunluğu, operativliyi və s. prinsiplərə əməl edilməsinin jurnalistikada başlıca tələblərdən olduğunu söyləmişdir.
R.Əliquliyev kurs çərçivəsində gələcəkdə tədris olunması nəzərdə tutulan internetin meydana gəlməsi və inkişafı, elektron imza və elektron sənəd, fərdi və biometrik məlumatlar, Azərbaycan dili və virtual məkan, elektron vətəndaş problemləri və onların həlli yolları, informasiya iqtisadiyyatı, informasiya cəmiyyəti və jurnalistika və s. mövzularla bağlı məlumat vermişdir.
"Azərbaycan" qəzeti, 21 fevral 2009-cu il