Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Ölkəmizdə informasiya cəmiyyəti qurulur və bu siyasət dövlət başçısı tərəfindən uğurla həyata keçirilir

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Ölkəmizdə informasiya cəmiyyəti qurulur və bu siyasət dövlət başçısı tərəfindən uğurla həyata keçirilir Empty Ölkəmizdə informasiya cəmiyyəti qurulur və bu siyasət dövlət başçısı tərəfindən uğurla həyata keçirilir

    Yeni mövzu  Admin 24/3/2009, 11:00 am

    Rasim Əliquliyev: Vəzifəmiz informasiya cəmiyyətinin formalaşması istiqamətində mövcud olan elmi-texniki proqramların icra edilməsinə dəstək verməkdir
    Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün radikal addımlar atılıb. Dövlətin ciddi dəstək və qayğısı nəticəsində artıq ilkin uğurlar əldə olunub. Müsahibimiz İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevlə söhbətimizdə də bu mövzulara toxunduq.

    - Rasim müəllim, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu nə vəziyyətdədir? Bu prosesə elmi ictimaiyyət necə dəstək verir?

    -Əlbəttə, ölkəmizdə informasiya cəmiyyəti qurulur və dövlət başçısı tərəfindən bu siyasət ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Bu istiqamətdə qəbul olunmuş qərarlar və sərəncamlar daha aktiv və səmərəli fəaliyyət göstərmək üçün stimul verir. Müvafiq dövlət orqanları kimi, Azərbaycan Milli Elmlər Akademiyasının da qarşısında duran vəzifələr var. Birinci vəzifə ölkəmizin informasiya cəmiyyətinin formalaşması istiqamətində mövcud olan elmi-texniki proqramların həll edilməsi və ümumiyyətlə, ölkəmizə bu yöndə elmi dəstək verməkdən ibarətdir. Məhz buna görə də, bizim aldığımız elmi nəticələr, eyni zamanda, dünyadakı qabaqcıl texnologiyaların Azərbaycana transformasiya olunması və tətbiq edilməsi, cəmiyyətin müxtəlif sahələrində informasiyalaşdırma prosesində mövcud olan problemlərin həllinə böyük dəstək verir.

    - Ümumiyyətlə, bu, ölkəmizdə tamamilə yeni bir mərhələdir. İnsanlarda yeni təfəkkür formalaşdırmaq lazımdır. Çünki informasiya cəmiyyəti formalaşırsa, insanlar müvafiq biliklərə malik olmalıdırlar. Bu yöndə hansı işlər görülür?

    - Doğrudur, sözügedən proses ölkəmizdə, o cümlədən, regionlarda çox sürətlə aparıldığı üçün cəmiyyətin müxtəlif sosial təbəqələri bu işə hazır olmalıdırlar. Məsələn, əgər elektron hökumətdən söhbət gedirsə, ilk növbədə, dövlət qulluğunda olan insanlar bu işi bilməlidirlər. Əgər söhbət təqaüdçülərdən gedirsə, onlar bankomatla davranmağı bacarmalıdırlar. Əgər söhbət şagirdlərdən gedirsə, onlar orta məktəblərə verilən kompüterlərlə işləməyi bacarmalıdırlar. Müəllimlər elektron dərs anlayışını başa düşməlidirlər. Buna görə də əhalinin ayrı-ayrı təbəqələri özlərinin tələbatlarından çıxış edərək müxtəlif növ və müxtəlif səviyyədə bilikləri öyrənməlidir. Avropa təcrübəsi də bunu diktə edir. Bu təcrübə elektron vətəndaş hazırlamaq istiqamətində müəyyən işlər aparmağa imkan yaradır. Bizim institutun nəzdində Tədris-İnnovasiya Mərkəzi fəaliyyət göstərir. Ən müasir texniki avadanlıqlarla təchiz olunan və dərs prosesi üçün hər cür şərait yaradılan bu Mərkəzdə gənc alimlərimizə müasir tələblərə uyğun informatika fənni tədris edilir. Bununla yanaşı, bizim əməkdaşlarımız Goranboyda, Tərtərdə, Qaxda informatika fənninin Avropa standartlarına uyğun olaraq tədris olunması üçün həmin rayonlara ezam olunublar. Həmçinin, biz müxtəlif əhali kateqoriyaları üçün müxtəlif fərdi kurslar təşkil edirik, arzu edənlərin informatika üzrə bilikləri sertifikatlaşdırılır. Bütün bunlar həm də regionların sosial-iqtisadi inkişaf proqramına, təhsilin informasiyalaşdırılmasına dəstəkdir.

    - Bundan başqa, bu institutda BDU-nun “Jurnalistika” fakültəsinin tələbələrinə artıq 2-ci ildir ki, “İnformasiya cəmiyyətinin əsasları” adlı fənn tədris edilir. Ölkəmizin təhsil sistemində ilk dəfə həyata keçirilən bu innovativ layihənin mahiyyəti nədən ibarətdir? Tədris üçün nəyə görə məhz gələcək jurnalistlər seçilib?

    - Bizim jurnalistlərə böyük ümidimiz var. İlk növbədə jurnalistlərin təfəkkürünü formalaşdırmalıyıq ki, onlar informasiya cəmiyyətinin jurnalistlərinə çevrilsinlər. Məhz buna görə də, biz BDU-nun Jurnalistika fakültəsi ilə ötən ildən başlayaraq innovativ layihə həyata keçiririk. Bilirik ki, müəyyən müddətdən sonra həmin tələbələr KİV-də fəaliyyət göstərəcəklər və o zaman onların bu sahədə qazandığı təfəkkür qələmi hərəkətə gətirəcək, cəmiyyətdə həmin ideyaları təbliğ edəcəklər.

    - Bu, yaxşı ideyadır, amma gəlin razılaşaq ki, əhalinin kütləvi maarifləndirilməsinə ehtiyac var...

    - Bəli, biz bu istiqamətdə də iş görürük. KİV-in imkanlarından da istifadə edirik. Müxtəlif televiziya kanallarında efirə gedən verilişlərdə informasiya cəmiyyəti ideyalarını, informasiya texnologiyalarını təbliğ edirik. Biz əhalinin müxtəlif təbəqələrinə bu bilikləri aşılamaq üçün konkret layihələr, proqramlar hazırlayırıq. O cümlədən, cəmiyyətin informasiyalaşdırılması istiqamətində mövcud olan ayrı-ayrı baxışları, konsepsiyaları televiziya vasitəsi ilə cəmiyyətə çatdırırıq.

    - Bəs ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində reallaşdırılan dövlət proqramlarında iştirak edirsinizmi?

    - Bizim bu istiqamətdə apardığımız işlər dövlət siyasətinə böyük dəstəkdir. Ona görə də, bu istiqamətdəki fəaliyyətimizin məsuliyyətini hiss edirik və gələcəkdə də işimizi daha səmərəli şəkildə qurmaq əzmindəyik. Biz dövlət siyasətinə elmimizlə dayaq olaraq Azərbaycanı inkişaf etmiş ölkələrin sırasında görmək arzusundayıq.

    Konkret olaraq “Elektron Azərbaycan” Dövlət Proqramının icrası ilə əlaqədar institutumuza tapşırılan bir sıra elmi-praktik işlər yerinə yetirilib. Həmçinin, biometrik eyniləşdirmə sisteminin yaradılması və təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramlarının icrası ilə əlaqədar müəyyən işlər aparırıq.

    -Son vaxtlar KİV-də “qlobal İnternet terroru” ifadəsinə tez-tez rast gəlirik. Azərbaycandakı mövcud informasiya təhlükəsizliyi sistemi bu cür təhlükələrə qarşı mübarizə aparmağa imkan verirmi?

    - Əvvəla, onu qeyd edim ki, hazırda ölkəmizdə informasiya cəmiyyəti qurulur. Ənənəvi cəmiyyətdən fərqli olaraq, bu quruculuq prosesi virtual məkanı əhatə edir. Bu da o deməkdir ki, bu cəmiyyətin hüdudları yoxdur. Yəni İnternet insanları həm doğmalaşdırır, həm də düşmən edir. Əvvəllər bir dövlət yalnız qonşu dövlətlə müharibə edirdi, çünki bu, coğrafi məkan savaşı idi. Virtual məkanda isə ölkəyə hər tərəfdən hücumlar edilə bilər, hər bir yerdən təhlükə gözlənilir. Virtual məkanda gedən müharibələrin isə xüsusiyyətləri tamamilə başqa səpkidədir. Sözün əsl mənasında, bu, informasiya müharibəsidir, beyin, intellekt müharibəsidir. Bu səbəbdən də ölkədə milli informasiya təhlükəsizliyi sistemi formalaşdırılmalı, onun normativ-hüquqi bazası işlənməli, texnoloji tədbirlər həyata keçirilməlidir. Bu sahədə ölkəmizdə bir sıra işlər görülüb və indi də görülməkdədir. O cümlədən, 2008-ci ildə ölkəmiz Kibercinayətkarlıqla mübarizə üzrə Avropa Konvensiyasına qoşulub. Bu addımı atmaqla Azərbaycan kibercinayətkarlığa qarşı mübarizədə iştirakçı ölkələrin birgə səylərindən, mexanizmlərindən istifadə edərək bu sahədə işini daha səmərəli qura biləcək. Bundan başqa, ölkəmizdə informasiya cəmiyyətinin normativ-hüquqi bazasının formalaşmasına zəmin yaradan müxtəlif qanunvericilik aktları qəbul olunub. Müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər, heç şübhəsiz, gələcəkdə də davam etdiriləcək.

    - Azərbaycanda hakerlərlə mübarizə üçün yetərli hüquqi baza varmı?

    Haker hücumlarına, kompüter sistemlərinə olan digər təhlükələrə qarşı mübarizə aparmaq üçün ölkədə hüquqi baza mövcuddur və bütün bunlar praktikada da tətbiq olunur. Dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif idarələr yaradılıb. Hüquq-mühafizə orqanlarında bu istiqamətdə məqsədyönlü işlər görülür. Amma belə təhlükələrdən tamamilə sığortalanmaq qeyri-mümkündür. Hətta ən inkişaf etmiş ölkələrdə də bu problem tam həll edilməmiş qalır. Hakerlər çox yüksəksəviyyəli proqramçılardır. Onlar sistemin hər bir xırdalıqlarına bələddirlər. Sistemi sıradan çıxarmaqla yanaşı, məxfi məlumatları da ələ keçirirlər və müxtəlif bədniyyətli vasitələrdən istifadə edirlər. Ona görə də, bizim ölkəmizdə də müvafiq dövlət instansiyalarında bu məsələlərə yüksək məsuliyyətlə yanaşılır.

    - Bəzən hansısa xarici saytda Azərbaycanla bağlı yanlış informasiya yayılır. Bunun qarşısının alınması istiqamətində də işlər görülürmü?

    - Bəli, bu, danılmaz faktdır ki, xaricdəki düşmənlərimiz Azərbaycana qarşı informasiya müharibəsi aparırlar, Azərbaycan həqiqətlərini təhrif edirlər. Dünyanın müxtəlif saytlarında ölkəmizə qarşı ayrı-ayrı əsassız, qərəzli məlumatlar yayılır və onları məhkəməyə vermək asan məsələ deyil. Çünki İnternet mexanizmində hüquqi prinsiplərin olmaması belə arzuolunmaz cinayətlərə qarşı mübarizəni çətinləşdirir. Azərbaycanın virtual məkandakı informasiya müharibəsində uduzmaması üçün bir sıra tədbirlərin görülməsi lazımdır. Birincisi, biz gərək öz həqiqətlərimizi əks etdirən informasiya resurslarımızı artıraq. İnformasiya müharibəsini o yerdə aparmaq olur ki, orda informasiya boşluğu olsun. Yəni əks tərəf informasiya boşluğundan istifadə edərək belə dezinformasiyalar yaya bilir. Biz informasiya cəmiyyəti təfəkkürünə malik olmalıyıq. Bütün milli-mənəvi dəyərlərimizi, musiqimizi, elmimizi - hər şeyimizi rəqəmsal formaya çevirməliyik. Onları müxtəlif dillərə tərcümə etməliyik ki, dünyanın hər yerində insanlar ölkəmiz, millətimiz, tarixi həqiqətlərimiz, milli-mənəvi dəyərlərimiz haqqında daha dəqiq məlumatlandırılsın. Əgər belə olarsa, onda biz informasiya müharibələrinə qarşı daha hazırlıqlı, dayanıqlı olarıq.

    Vikipediya adlı saytlar şəbəkəsi var, bütün millətlər orada təmsil olunur. Ay ərzində həmin kontentə 4 milyard müraciət olunur. Bu rəqəm bir ildə 48 milyard təşkil edir. Dünyada belə fövqəl imkanlara malik olan başqa bir İnternet resursu yoxdur. Əgər biz ənənəvi ensiklopediyalara baxsaq görərik ki, ən mötəbər Britannika Ensiklopediyasında 120 min məqalə var. Amma Vikipediyada 12 milyon məqalə yer alır. Buradakı məqalələr hər saniyə yenilənir və sayı artır. Bu virtual ensiklopediyaya hər növ - mətn, audio, video - məlumatlar qəbul olunur. Biz Vikipediyada yüksək səviyyədə təmsil olunmalıyıq. Azərbaycanın hər bir yaradıcı vətəndaşı bu işə öz töhfəsini verməlidir. Çünki bu virtual ensiklopediya bütün bəşəriyyətin faydalandığı zəngin bilik, informasiya mənbəyidir.

    Aqşin Şahinoğlu,
    “Yeni Azərbaycan” qəzeti, 27 fevral 2009-cu il

      Forum saatı: 21/11/2024, 3:12 am