İnformasiya təhlükəsizliyi üzrə İsveçrə mütəxəssisləri klaviaturanın düymələri ilə elektormaqnit siqnallarını analiz edən qurğu hazırlayıblar. Həmin qurğunun vasitəsilə kompüter istifadəçisinin nə yazdığını müəyyən etmək mümkündür. Siqnalların hesablanması üçün radioantendən istifadə olunub. Noutbuk da daxil olmaqla, bu üsulla 11 müxtəlif klaviatura testdən keçirilib.
Tədqiqatçıların sözlərinə görə, aparılmış dörd təcrübədən biri baş tutub. Eksperiment nəticəsində 20 metr uzaqlıqda olanların kompüterdə nə yazdıqlarını təyin etmək mümkün olub. İnformasiya oğurluğunun yeni üsulunu Lozannada yerləşən İsveçrə Texniki İnstitutunun aspirantları fikirləşiblər.
Onlar öz hesabatlarında yeni texnologiyanın daha da təkmilləşdirilə biləcəyini söyləyiblər. Çünki təcrübədə nisbətən ucuz texnikadan istifadə olunub. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, vacib informasiyanı alışdığımız klaviatura ilə ötürmək artıq təhlükəlidir.İsveçrəlilərin işi Kembric Universiteti mütəxəssislərinin təcrübəsi əsasında həyata keçirilib. Belə ki, həmin təcrübə əvvəllər Kembric mütəxəssisləri tərəfindən aparılmışdır.