Rusiya hökuməti İT sahəsinin inkişafı üzrə “İnformasiya cəmiyyəti” proqramının büdcəsini tərtib edib. Belə ki, 2020-ci ilədək proqramın reallaşması üçün dövlət büdcəsindən 88 milyard rubl ayrılacaq.
www.lenta.ru saytının yazdığına görə, proqramda dövlət idarələri portallarının inkişafı, texnoparkların tikintisi, müxtəlif İT-məhsullarının işlənib hazırlanması, həmçinin İnternetə genişzolaqlı çıxış şəbəkəsinin inkişafı, üçüncü və dördüncü nəsil rabitə şəbəkəsinin tikintisi və s. kimi məsələlər nəzərdə tutulub.