Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında AR Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə əlaqədar martın 18-də keçiriləcək referendumla bağlı Yasamal rayon seçiciləri ilə “dəyirmi masa” keçirildi.
AR Milli Məclisinin hüquqşünasları, AMEA-nın “Zəka” referendum üzrə təşviqat qrupu üzvləri və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan təşkilatın sədri, YAP Siyasi Şurasının üzvü Fikrət İsmayılov ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin mahiyyəti barədə danışdı. “Cəmiyyət dəyişdikcə onu idarə edən qanunlar da dəyişir” - bildirən F.İsmayılov Konstitusiyaya edilən əlavə dəyişikliklərlə bağlı əhalinin maarifləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verdi O, KİV nümayəndələrinin bu işdə rolunu xüsusilə önə çəkdi.
Konstitusiyanın xalqın, dövlətin idarə olunmasının başlıca prinsiplərini, o cümlədən ictimai münasibətləri özündə əks etdirən ali sənəd olduğunu qeyd edən “Hüquq və Demokratiya” referendum üzrə təşviqat qrupunun vəkil olunmuş nümayəndəsi, AR Milli Məclisinin şöbə müdiri Ceyhun Qaracayev referendumun keçirilməsinin məqsədləri haqqında məlumat verdi. Konstitusiyanın müvafiq maddələrində əksini tapmış əlavə və dəyişikliklərin, xüsusilə də əsas müzakirə obyekti olan 101-ci maddənin əhəmiyyətindən danışdı. O, prezidentin səlahiyyət müddətinin artırılması ilə bağlı dünyanın bəzi dövlətlərində bu istiqamətdə aparılan işlərdən danışdı. Baltikyanı ölkələrdə, Yunanıstanda bu kimi qanunların mövcud olduğunu bildirdi.
AMEA-nın “Zəka” referendum üzrə təşviqat qrupunun vəkil olunmuş nümayəndəsi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Rasim Əliquliyev son 18 ildə Azərbaycanda həm iqtisadi, sosial, mədəni, səhiyyə, həm də siyasi sahədə köklü dəyişikliklərin baş verdiyini bildirərək, ölkə tarixində ictimai-siyasi hadisələrdən olan AR Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin vacibliyini vurğuladı. O, 1995-ci ildə qəbul edilən AR Konstitusiyasının bəzi maddələrinin müasir qloballaşan dünyanın tələblərinə cavab vermədiyini bildirdi. Xalqın mənafeyinə, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkəmizin davamlı inkişafı və sabitliyinə xidmət edən Konstitusiyada şəxsi toxunulmazlıq hüququ haqqında 32-ci maddədə əksini tapmış insanların şəxsi və ailə həyatına qanunsuz müdaxilənin qadağan edilməsi, onlar barəsində məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılmasına yol verilməməsi və s. kimi məsələlərin önəmliyini vurğulayaraq, şərəf və ləyaqətin müdafiə hüququnun təmin edilməsinin mühüm məsələlərdən olduğunu bildirdi: “Elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiq olunduğu dövrdə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
AR Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edildiyini vurğulayan alim Konstitusiyanın ailə, uşaqlar və dövlət haqqında 17-ci maddəsində əksini tapmış əlavələrin əhəmiyyətindən də bəhs etdi. İnternetin uşaqların həyatında, tərbiyəsində, təfəkkürünün formalaşmasında oynadığı roldan, müsbət və mənfi cəhətlərindən danışaraq, İnternet-tərbiyə anlayışının meydana çıxdığını bildirdi. Bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini ifadə etdi.
Sonda R.Əliquliyev dünyada qlobal informasiya cəmiyyətinin formalaşması prosesinin getdiyi bir dövrdə informasiya cəmiyyətinin yeni qanunların tətbiqini ehtiva etdiyini söylədi.