BAKI, 29 noyabr - "Xəbərlər-Azərbaycan". Atəşkəs rejimi yenidən pozulub. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 28-i günorta saatlarından başlayaraq, 29-u gecə saatlarına kimi atəşkəsi pozub. Erməni ordusu saat 16.40-dən 17.10-dək, noyabrın 29-da saat 00.30-dan 00.45-dək fasilələrlə Ermənistanın Noyemberyan rayonu Voskepar kəndi, İcevan rayonu Berkaber və Azatamut kəndi, Berd rayonu Çinari kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndi ərazisində və Tovuz rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərini, noyabrın 28-də saat 10.25-dən 10.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 13.00-dan 13.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 16.30-dan 16.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 19.00-dan 19.30-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında və adsız yüksəkliklərdə, saat 19.50-dən 22.30-dək fasilələrlə Tərtər rayonunun Seyidsulam və Qızıl Oba kəndi, noyabrın 29-da saat 00.15-dən 00.25-dək Ağdam rayonunun Sarcalı kəndi, saat 01.40-dan 02.00-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.
http://az.newsazerbaijan.ru
http://az.newsazerbaijan.ru