6 dekabr - ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il bu tarixdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur.
Qədim tarixə malik olan rabitə sahəsi müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılır, müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı” uğurla icra edilir.
AMEA İnformasiya Texnologiyaları İnstitutu bu əlamətdar gün münasibətilə rabitə və informasiya texnologiyaları sahəsində çalışan bütün işçiləri peşə bayramları münasibətilə təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayır.
www.ict.az