BAKI, 4 dekabr - "Xəbərlər-Azərbaycan". Rusiyanın baş naziri Vladimir Putin Rusiya televiziyası ilə birbaşa efirdə maraqlı bəyanatla çıxış edib. «Gürcüstan Cənubi Osetiyaya təcavüzdən sonra öz ərazi bütövlüyünü bərpa etmək şansını itirib», deyə o bəyan edib.
Rusiya baş naziri avqust hadisələri nəticəsində Gürcüstanın öz ərazi bütövlüyünü itirdiyini və Rusiyanın bu məsələdə rol oynadığını etiraf edib.
"Bu nəinki Rusiya, onun vətəndaşları, osetin xalqına qarşı, həm də gürcü xalqına və Gürcüstanın dövlətçiliyinə qarşı cinayətdir. Gürcüstanın ərazi bütövlüyünə dəhşətli zərbə endirilib. Əgər bu təcavüz olmasaydı, əslində Rusiya Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması istiqamətindəki səylərini davam etdirəcəkdi», deyən baş nazir «Vladimir Putinlə söhbət» verilişində bir daha əslində Cənubi Osetiya və Abxaziya separatçılarının müstəqil dövlət hüquqlarını sual altında qoyub və dolayı yolla Gürcüstanın həmin ərazilərə haqqı olduğunu təsdiq edib.
http://az.newsazerbaijan.ru