BAKI, 27 noyabr – «Xəbərlər-Azərbaycan». «Azərros» cəmiyyəti Ümumrusiya «SMİrotvores» (KİV-sulhməramlı) müsabiqəsinin «Mətbuat» nominasiyasında ikinci yerə layiq görülüb. Etnik Jurnalistika Təşkilatı və Rusiya Regional İnkişaf Nazirliyi tərəfindən keçirilən müsabiqə Rusiyada xalqların etnik qarşılıqlı münasibətləri və etnik-mədəni inkişafın KİV-də işıqlandırılmasına həsr olunub.
«Azərros» Tver şəhərində millətlərarası münasibətlərin işıqlandırılmasına görə mükafata layiq görülüb. «Mətbuat» nominasiyasında birinci yerə «Tatarski mir» («Tatar dünyası») qəzeti layiq görülüb.
Qeyd edək ki, müsabiqə «Televiziya», «Radio» «Mətbuat» və «İnternet» nominasiyaları üzrə aparılıb.
http://az.newsazerbaijan.ru/