BAKI, 2 dekabr – «Xəbərlər-Azərbaycan». Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi-metodiki seminar keçirib.
TQDK-dan bildiriblər ki, musiqi sənəti istiqaməti üzrə keçirilən seminarda müvafiq ali təhsil müəssisələrinin nümayəndələri və bu sahədə təcrübəsi olan müəllimlər iştirak ediblər.
Çıxış edən mütəxəssislər musiqi sənəti istiqaməti ilə bağlı fikirlərini söyləyiblər.
Seminar 2009-2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədi ilə təşkil olunub.
http://az.newsazerbaijan.ru