QISA İCMAL
2007-ci ilin sonunda Azərbaycanda iri terror aktının qarşısının alınması haqqında iddialar neftlə zəngin bu ölkədə İslam ekstremizminin nə dərəcədə təhlükə doğurduğu haqqında müzakirələrə yol açdı. Azərbaycan əksərən mötədil (əsasən şiə) müsəlman əhalisi olan dünyavi dövlətdir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, rəsmi dini qurumların hakimiyyətini rədd edən müstəqil sünni və şiə icmaları yaranmışdır. Onlardan bəziləri siyasi yönümlüdür, ancaq hakimiyyəti devirmək niyyətilə zorakılığa əl atmağa meylli olanlar ya çox cüzi, ya da yox dərəcəsindədirlər. Bununla belə, hökumət bu “müstəqil icmalar” ilə bağlı narahatlığını bildirir və onları nəzarətdə saxlamağa, o cümlədən sıxışdırmağa cəhd edir. Bu cür yanaşma dinc dindarları radikallaşdırmaq təhlükəsi yaradır.
Müstəqillikdən sonra və öz coğrafi yerləşməsindən irəli gələrək, ölkə öz nüfuzunu yaymağa çalışan müxtəlif dini cərəyanların hədəfinə çevrildi. İrandan, Yaxın Şərqdən və Türkiyədən missionerlər və xeyriyyə cəmiyyətləri, eləcə də Rusiyanın şimali Qafqaz bölgəsindən olan şəxslər dini yaymaq üçün gəldilər. Onlardan bəziləri, deyilənə görə, radikal İslamçı şəbəkələrlə, o cümlədən əl-Qaidə ilə əlaqəli idilər.Hazırda bu qrupların çoxu ölkədən xaric edilmişdir və yalnız Türkiyə mənşəli qruplar nisbətən dövlət tərəfindən sıxışdırılmadan fəaliyyət göstərirlər.
Xeyli dərəcədə xarici qruplar tərəfindən yetişdirilən və maliyyələşdirilən müstəqil dini icmalar rəsmi məscidlərdən daha sürətlə artmışlar. Hələ iyirmi il əvvəl Azərbaycanda demək olar ki eşidilməmiş təriqət olan Sələfilik əsasən Bakıda və şimal rayonlarında özünə yer etmişdir. Dövlət tərəfindən dəstəklənən rəsmi ruhanilərin hakimiyyətini rədd edən şiə qrupları da artmışdır, ancaq onlardan da ancaq cüzi bir hissəsi siyasi meylli, və daha az hissəsi radikal adlandırıla bilər. Bununla belə, hökumət bütün növ müstəqil İslami qruplara şübhə ilə yanaşır. O, bu qrupları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) vasitəsilə nəzarət etməyə çalışır və adətən müstəqil fəaliyyəti sıxışdırır. QMİ-in nəzarətindən kənarda olan dinc icmaların üzvləri mütəmadi olaraq sıxışdırılır, tutulur və öz dediklərinə görə onlarla pis rəftar olunur.
Hökumət öz sərt rəftarını ekstremizmlə mübarizə aparmaq və terrorizmin qarşısını almaq ehtiyacı ilə izah edir. 1990-cı illərin əvvəllərində hakimiyyət nisbətən zəif idi və bəzi ekstremist qruplar fəal idi. Hal-hazırda qarşıda duran vəzifə hər-hansı bir qrupun zorakılığa əl atmasının qarşısını almaqla yanaşı, dini azadlıqların təmin edilməsidir. Dövlət gücləndikcə iddia edir ki, ekstremistlərin tutulub məhkum edilməsində daha bacarıqlı olmuşdur. Bu tutulanların hamısının ekstremistlərlə fəal əlaqəsinin olmasını demək isə çətindir.
Görünən isə odur ki, hökumət dinc dini fəaliyyəti nəzarətdə saxlamaq üçün həddindən artıq səy göstərmişdir və ekstremist olması iddia olunanların məhkəmələri bağlı qapılar arxasında təzyiqlər altında alınan etiraflara söykənərək aparılır. Müstəqil dini qurumlar və eləcə də siyasi müxalifət hakimiyyətin İslamçı terrorist təhlükəsindən Qərbin simpatiyasını qazanmaq və öz qeyri-demokratik fəaliyyətlərinə haqq qazandırmaq üçün istifadə etdiyini bildirirlər. Hökumətin bu taktikası ən azından dinc qrupları cihada sövq etmək riskini artırır; açıq zorakılıq olmasa da, radikallıq Sələfi qrupların az bir hissəsində artıq görünür.
Hökumət dindarlarla əməkdaşlığı gücləndirmək üçün gənc ruhanilərin dini təhsilinin təkmilləşdirilməsi və QMİ-də islahatların aparılması kimi bir sıra addımlar atmışdır. Hökumət yerli dəyərlərə və ənənələrə söykənən İslamın yaranmasına və kənar inancların sıxışdırılmasının qarşısını almağa çalışır ancaq o, öz səylərini artırmalı və QHT-ləri və müstəqil dini icmaları dövlət və din haqqında müzakirələrə cəlb etməlidir. Ən əsası isə, hökumət müstəqil dini icmalarla onları kriminallaşdırmadan ünsiyyətdə ola bilən və dini azadlıqlara daha çox hörmət edən bir yanaşma qəbul etməlidir.