Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyi ölkədə İnternet-KİV və veb-nəşrlərin mütləq qeydiyyatını aparır. Bu haqda TechCrunch texnobloqu nazirliyin nümayəndəsi Abdul Rəhman əl-Həzzaya istinadən xəbər yayıb.
Tədbirlər həmçinin fəaliyyətini davam etdirmək üçün müvafiq lisenziya almalı olacaq bloq və forumlara da şamil edilib. Bildirilənə görə, qeydiyyatın aparılması şəbəkədə iftira və böhtanların yayılması ilə mübarizə məqsədi daşıyır.
Əl-Həzza ona da aydınlıq gətirib ki, Səudiyyə Ərəbistanı hökuməti bu təşəbbüslə ölkədə heç də söz azadlığına məhdudiyyət qoymaq fikrində deyil.