Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    İl ərzində notbukların satış həcmi 14 dəfə artıb 15/ 12/ 2008

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    İl ərzində notbukların satış həcmi 14 dəfə artıb 15/ 12/ 2008 Empty İl ərzində notbukların satış həcmi 14 dəfə artıb 15/ 12/ 2008

    Yeni mövzu  Admin 15/12/2008, 3:20 am

    BAKI, 15 dekabr – «Xəbərlər-Azərbaycan». Notbuk adlandırılan aşağı qiymətli kiçik noutbukların satış bazarında, hətta maliyyə böhranına baxmayaraq yüksək artım müşahidə olunur. DisplaySearch tədqiqat şirkətinin məlumatına görə, 2008-ci ilin üçüncü rübündə dünya netbuk bazarı kəmiyyət baxımdan 5,61 milyon satılmış məhsul səviyyəsinə çatıb. Rüblük artım isə 160% təşkil edib.

    Ekspertlərin rəylərinə əsasən mini-noutbuklar bazarının lideri Acer şirkəti və onun Aspire One istehsalat xətti olub. Belə ki, bazarın 38,3% məhz bu şirkətin payına düşür. Acer-dən sonra liderlər sırasında 30,3%-lə Asustek Computer və onun EeePC modeli yer alıb.

    Analitiklərin proqnozlarında qeyd olunur ki, cari ilin yekunları üzrə dünyada 14 milyon netbuk satılacaq. Müqayisə üçün qeyd edək ki, ötən il 1 milyondan bir qədər çox netbuk satılmışdır.

    DisplaySearch-in mütəxəssisləri hesab edirlər ki alıcılar bir neçə vacib faktora üstünlük verirlər. Birincisi, bu, netbukların yığcamlığıdır ki, belə vəziyyətdə tam funksiyalı kompüter sözün əsl mənasında ovuclarda yerləşir. İkinci faktor netbukların müasir simsiz şəbəkələri dəstəkləmələridir ki, nəticədə bu qurğuları daha universal hesab etmək olar. Və nəhayət üçüncüsü – netbukların gücü az olsa da, onlar olduqca ucuzdurlar. Bu isə hazırkı iqtisadi durumda çox vacib məsələdir. Bu barədə «Cybersecurity» agentliyi məlumat verib.

    Analitiklərin ilkin proqnozlarına əsasən isə 2011-ci ilə kimi bütöv kompüter bazarının 16% məhz netbukların payına düzəcək.

    http://az.newsazerbaijan.ru

      Forum saatı: 21/11/2024, 3:43 am