BAKI, 26 noyabr – «Xəbərlər-Azərbaycan». Cari ilin on ayı ərzində Azərbaycanın magistral neft kəmərləri vasitəsilə 37,7 milyon ton neft nəql olunub ki, bu da ötən ilin analoji göstəricisindən 15,6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Nəql olunmuş neftin əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin payına düşür. Belə ki, yanvar-oktyabr ayları ərzində Bakıdan Ceyhan limanına 28 milyon ton neft yola salınıb ki, bu da ötən ilin müvafiq göstəricisindən 22% çoxdur.
Onu da qeyd edək ki, cari ilin oktyabr ayı ərzində BTC vasitəsilə 17,4 min ton Qazaxıstan nefti yola salınıb.
DSK-dan verilən məlumata görə, cari ilin on ayı ərzində magistral boru kəmərləri vasitəsilə təbii qazın nəqli 58,3% artıb.
Nəql olunmuş qazın 29,4%-i, yəni 3,9 milyard kub/metri Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə nəql olunub.
http://az.newsazerbaijan.ru/