“Kasper laboratoriyası”nın məhsulu olan Kaspersky Internet Security (KIS) 2009 “Matousec Transparent Security” test laboratoriyasının ən yüksək qiymətinə («10+») layiq görülüb. Şirkətin press-relizində deyilir ki, Matousec Transparent Security müstəqil laboratoriyası tərəfindən antivirus məsələləri ilə əlaqədar 2008-ci il ərzində aparılan bir sıra sınaqlarda KIS 2009 məhsulu yüksək nəticə göstərib.
“Kasper laboratoriyası” informasiyanın İnternet-təhlükələrdən müdafiəsi üçün dünya üzrə proqram təminatı mütəxəssislərinin beşliyinə daxildir.
“Kasper laboratoriyası” informasiyanın İnternet-təhlükələrdən müdafiəsi üçün dünya üzrə proqram təminatı mütəxəssislərinin beşliyinə daxildir.