Yay aylarında Tarif Şurası Azərbaycanda internet qiymətlərinin aşağı salınması ilə bağlı məsələyə yenidən baxacaq. Bu barədə açıqlamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ötən ilin dekabr ayında Tarif Şurası tərəfindən internet qiymətlərinin aşağı salınması ilə bağlı qərar qəbul olunduğunu xatırladan Ə.Abbasov qeyd edib ki, hazırda respublikada internet resurslarının qiymətləri bir çox ölkələrlə müqayisədə aşağıdır.Ə.Abbasov yayda sözügedən məsələnin yenidən gündəmə gələcəyini əlavə edib. SIA
xeberler.az