Azərbaycan hökuməti ölkənin süni peykinin alınması ilə əlaqədar 4 əsas şirkətlə danışıqlar aparır. Proqrama görə, 2011-ci ilə kimi peyk səmaya qaldırılmalıdır. Bu barədə açıqlamanı müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
“Adətən, belə işlərdə şirkətlərin də sayı çox olmur. Həmin şirkətlər ABŞ və Fransa dövlətlərinə məxsusdur”, - deyən Ə.Abbasov qeyd edib ki, sözügedən məsələ ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) rəsmi nümayəndə heyəti mütəmadi olaraq həmin şirkətlərlə görüşlər keçirir. SIA
xeberler.az