Superkompyuter nədir?
Onun vətəni haradır, məqsədi, bir ölkəyə verə biləcəyi və ondan ala biləcəyi nədir?
Bizim ölkəmizə superkompyuter nə zaman gətiriləcək? və s. bu kimi suallara dolğun cavab almaq üçün AMEA İnformasiya Texnologiyaları institutunun şöbə müdiri, texnika elmləri namizədi Rəşid Ələkbərovdan aldığımız müsahibəni diqqətinizə çatdırırıq:
- Superkompyuter 1976-cı ildə amerikalı alim Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞdolları olan bu superkompyuter 8 Mbayt əməli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi. 2008-ci ilin noyabr ayında ABŞ-da istehsal edilən “Road Runner” superkompyuterinin əməli yaddaşı 98 Tbayt, çəkisi 226 ton, tutduğu sahə 560 kvadrat metrdir. Qiyməti 133 milyon dollar olan bu superkompyuterin enerji tələbatı 3,9 mWt (39000 ədəd 100 Wt-luq lampanın tələb etdiyi enerji). Qeyd edim ki, superkompyuterlərin qiymətlərinin bahalı olması alınacaq superkompyuterlərdən səmərəli istifadə etmək məqsədi ilə onlarda həll olunacaq məsələlərin dəqiq müəyyənləşməsini tələb edir. Hər bir superkompyuterin 1 il ərzində saxlanmasına şəkilən xərclər onun dəyərinin 10 faizini təşkil edir.
Bu gün hər bir inkişaf etmiş ölkədə superkompyuterin olması onun reytinqini daha da yüksəldir. Belə bir reytinq cədvəlinə isə uzun illərdir ABŞ başçılıq edir. Belə ki, reytinq cədvəlində iştirak edən superkompyuterlərin 56,6 faizi ABŞ dövlətinə məxsusdur. Tədqiqatlar göstərir ki, superkompyuterlərdən ən çox sənaye (57,2 faiz) və elmi tədqiqat işləri (20,2 faiz) sahəsində geniş istifadə olunur.
Qloballaşan Azərbaycanda artıq neçə illərdir hər bir sahədə elektronlaşma prosesi uğurla həyata keçirilir. İnstitutumuzun keçən müsahibəsində “Elektron Azərbaycan” artıq çox yaxındadır demişdik. Bəli, bu gün qüdrətli dövlətlər siyahısına iddialı olan, sürətli inkişaf yolu ilə irəliləyən ölkəmizdə superkompyuterin olması, məncə respublikanın bütün sahələrində daha rahat, daha sivil xidmətlərin həyata keçirilə biləcəyindən xəbər verir.
Bu məqsədlə ölkəmizdə Milli superkompyuter mərkəzinin yaradılması fikrimcə labüddür.
Yaradılacaq Milli superkompyuter mərkəzindən “Elektron Azərbaycan” Dövlət proqramında nəzərdə tutulan bir çox layihələrin yerinə yetirilməsində və elmin müxtəlif sahələrində meydana çıxan məsələlərin həllində geniş istifadə etmək olar.
Seysmoloji sahədə riyazi modellərin tədqiqi – Məlum olduğu kimi, Azərbaycan Respublikası seysmioloji cəhətdən aktiv zonada yerləşir. Son bir neçə onilliklər ərzində toplanmış statistik verilənləri analiz etmək müasir fərdi kompyuterlərin imkanları xaricindədir. Bu baxımdan, toplanmış verilənləri xüsusi metod və alqoritmlərin köməyi ilə analiz etmək və proqnozlar vermək üçün superkompyuterlərin rolu çox əhəmiyyətlidir.
Biometrik eyniləşdirmə sisteminin yaradılması - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2017-ci illər üçün Dövlət Proqramı” ndan irəli gələn biometrik texnologiyalar əsasında elektron pasport-viza və şəxsiyyəti təsdiq edən digər sənədlərin istehsalının və tətbiqinin təşkili, biometrik informasiya resurslarının yaradılmasında, emal edilməsində və yadda saxlanmasında superkompyuterlərdən istifadə edilməsi məqsədəuyğundur. Multibiometrik sistemlərdə (göz qişasının təsviri-32 kbayt.sifətin təsviri - 12 Kbayt, barmaq izləri-10 Kbayt) hər hansı bir şəxsin biometrik identifikasiyasını (eyniləşdirmə) on-line rejimində biometrik verilənlər bazasından ( on min şəxsin arasından) təyin etmək üçün hesablama məhsuldarlığı 8 Gflops olan iki prosessorlu Pentium IV Xeon tipli fərdi kompyuter 1(bir) saniyə vaxt sərf edir. Biometrik verilənlər bazasından insanların sayının on milyonlarla olmasını nəzərə alsaq axtarış vaxtının (20-30 dəqiqə) uzanmasına səbəb olur. Hesablama məhsuldarlığı 10 TFlops olan superkompyuter tanınmaya (30x60:(10x1012 / 8x10 9 )) 1,44 saniyə sərf edəcək.
Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində vətəndaşların vəziyyəti aktlarının Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin yaradılması vacib məsələlərdən biridir.Bu sistemdə 8 növ vətəndaşlıq vəziyyəti akt qeydi barədə təxminən hər birisi üçün 24-25 məlumat saxlanılır. Yaradılan bazaya hər il 300.000 akt əlavə edilir. Akt qeydiyyatı rəqəmsal məlumatı ilə yanaşı onun skanerləşdirilmiş şəklinin də bazaya yerləşdirilməsi nəzərdə tutulur. Bir aktın həcmi (şəkil ilə birlikdə) 500 Kb təşkil edir. Sənədlərin sistemdə 75 il müddətində saxlanmasını nəzərə alsaq sənədlərin elektron formada yadda saxlanması üçün 11,25 TB yaddaş massivinin tələb olunacağı proqnozlaşdırılır.
Notariat sənədlərinin elektron məlumat bankı sisteminin yaradılması - Notariat sənədlərinin elektron məlumat bankı ücün Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sisteminin yaradılmasında 20 növ notariat hərəkəti sənədindən və hər biri barədə təxminən 20 məlumatdan istifadə olunur. Sənədlərin rəqəmsal məlumatı ilə yanaşı gələcəkdə onun skanerləşdirilmiş şəklinin də bazaya daxil olması nəzərdə tutulur. Bir il ərzində təxminən 2.150.000 notariat hərəkəti daxil edilir. Bir sənədin həcmi (şəkil ilə birlikdə) 500 Kb yaddaş tələb edir. Sənədlərin yaradılması sistemdə 50 il müddətində saxlanmasını nəzərə alsaq sənədlərin elektron formada yadda saxlanması üçün təxminən 50 TB yaddaş massivinin tələb olunacağı proqnozlaşdırılır.
Neft-qaz yataqlarının istismarı sahəsində - Məlumdur ki, hər bir neft-qaz quyusunun qazılması üçün külli miqdarda vəsait sərf olunur və bəzən də qazılan quyudan neft-qaz çıxmır. Xüsusi tərtib olunmuş alqoritmlərin köməyi ilə superkompyuterlərdə aparılan hesablamaların nəticəsi əsasında neft-qaz olmayan quyuları (layları) əvvəlcədən müəyyənləşdirmək və bununla da, qazmanı dayandırmaqla, əlavə vəsait itkisinin qarşısını almaq mümkündür.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu başda professor Rasim Əliquliyev olmaqla Milli superkompyuterin yaradılmasına dair təkliflər irəli sürmüşdür. Bu təkliflərlə sizi də tanış etmək istəyirəm.
- MSM-də qurulacaq superkompyuter klaster tipli arxitekturaya malik olmalı və modul prinsipi əsasında yaradılmalıdır;
- MSM-də qurulacaq superkompyuterin ilkin hesablama gücü 10 Tflops olmalıdır;
- MSM-də qurulacaq superkompyuter İNTEL (64,4%) firmasının mikroprosessorlar üzərində yığılmış IBM (46,4%) və ya HP (33,4%) şirkətlərinə məxsus olması məqsədə uyğundur;
- MSM-nin yerləşəcəyi binada əvəlcədən kabelləşdirmə, fasiləsiz qida mənbəyi ilə təmin olunması, kondisioner sisteminin quraşdırılması, təhlükəsizlik sisteminin yaradılması, telefonlaşdırma, yüksək sürətli şəbəkəyə qoşulmanın təmin edilməsi və s. işləri yerinə yetirilməlidir;
- Əvvəlcədən zəruri şəbəkə və kompyuter avadanlıqları, proqram təminatların sifariş verilməlidir;
- MSM-də həll olunacaq məsələlərin mürəkkəblik dərəcəsi artdıqca onun texniki imkanlarının və proqram təminatının təkmilləşdirilməsi imkanları olmalıdır;
- MSM-nin yaradılması ilə parallel olaraq dünyanın qabaqcıl ölkələrinə yaradılan mərkəzdə işləyəcək mühəndis- proqramçı əməkdaşların ezamiyyətə göndərməsini təşkil etmək lazımdır;
- MSM- də elm və texnikanın müxtəlif sahələrinə aid murəkkəb məsələlərin həlli üçün yaradıcı kollektivin yaradılması məqsədəuyğundur.
Beləliklə, yaradılacaq Milli Superkompyuter Mərkəzinin Azərbaycan Respublikasında iqtisadiyyat, elm və təhsil sahəsində aparılan islahatların yüksək səviyyədə həyata keçirilməsində, Azərbaycan elminin və təhsilinin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılmasında müstəsna rolu olacaq.