Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsi üzrə aparılan işlərlə tanışlıq məqsədilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti ABŞ-da, “Orbital Sciences Corporation” şirkətinin Dalles şəhərində (Virciniya ştatı) yerləşən mənzil qərargahında təşkil olunmuş rəsmi toplantıda iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev, Malayziyanın “MEASAT Satellite Systems” şirkətinin, “Orbital Sciences Corporation” və onun subpodratçılarının nümayəndələri iştirak ediblər.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, iclasda müqavilə imzalandığı tarixdən etibarən görülmüş tədbirlər, peykin istehsalı və orbitə çıxarılması ilə əlaqədar qarşıda duran məsələlər müzakirə edilib. İştirakçılar yaxın zamanda peykin və yerüstü avadanlığın layihələndirilməsi ilə bağlı ilkin məlumatları müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Həmçinin İ.Məmmədovun və Y.Əliyevin “Orbital Sciences Corporation” şirkətinin rəhbəri Deyvid Tomsonla görüşündə Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması layihəsinin Azərbaycanla ABŞ arasında İKT sahəsində iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyi bildirilib. Bundan əlavə, Azərbaycan nümayəndə heyəti peyk istehsalı, inteqrasiyavə test prosesləri aparılan ərazi ilə də tanış olub.