“DAĞLIQ QARABAĞDA 150-200 PKK TERRORÇUSU VAR”
“Milliyyətçi Hərəkat Partiyasının terrora qarşı mübarizə istiqamətində ilk təklifi iqtidarın iradə nümayiş etdirməsi ilə bağlıdır”. Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna MHP başqanı Dövlət Baxçalının baş müşaviri Hidayət Vahaboğlu verib. O bildirib ki, hökumət ölkəni terror bəlasından xilas etmək istəyirsə, ilk növbədə İraqın şimalında bufer zona yaratmalıdır.
Hidayət Vahaboğlu hazırda Azərbaycanın işğal altında olan ərazilərində PKK üzvlərindən ibarət 150-200 nəfərlik qrupun olduğunu bildirib: “Qarabağda PKK terrorçularının olmasını tam dəqiqliyi ilə deyə bilərəm. Türkiyə Silahlı Qüvvələrinin hal-hazırda Dağlıq Qarabağda əməliyyat keçirməsi mümkün deyil. Amma əgər AKP hökuməti Ermənistanla danışıqlara başlayarsa, bu məsələni mütləq gündəmə gətirməlidir. Və ya BMT-də çıxışlar zamanı Ermənistanın PKK terror təşkilatını dəstəkləməsi və bu təşkilatın üzvlərinə işğal etdiyi Dağlıq Qarabağ ərazisində sığınacaq verməsi məsələsi açıq mətnlə bəyan edilməlidir”.
Xəbər xidməti
10.10.2008
http://www.musavat.com/site/shownews.php?news_id=41120