Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Dağlıq Qarabağ Haqqında

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Dağlıq Qarabağ Haqqında Empty Dağlıq Qarabağ Haqqında

    Yeni mövzu  Admin 24/3/2009, 10:44 am

    Dağlıq Qarabağ

    Dağlıq Qarabağ, Azərbaycan Respublikasının qərb hissəsində bölgə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

    Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Ərazisi 4,4 kv.km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edir. Vilayətin tərkibinə Xankəndi şəhəri, Əsgəran, Hadrut, Ağdərə, Martuni və Şuşa inzibati rayonları daxildir. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Respublikasının və Azərbaycan Respublikasının tərkib hissəsi olmuş, Azərbaycanın «musiqi akademiyası» kimi məşhur olmuşdur..[1]

    Tarixi

    Qarabağ tarixi – etnoqrafik əyalət kimi əvvəlcə Qafqaz Albaniyası dövlətinin tərkibinə daxil olmuşdur. Sonra bütün Azərbaycanla birlikdə Ərəb xilafətinin əsarəti altına düşmüş, Ərəb imperiyasının süqutundan sonra IX – X əsrlərdə Saçilər dövlətinin, X əsrdə Salarilər, XI – XII əsrlərdə Şəddadilər, XII – XIII əsrlərdə Atabəy Eldəgizlər, XIII əsrin ikinci yarısından XVI əsrə qədr Hülakilər (Elxanilər) dövlətlərinin, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olmuşdur.

    Səfəvilər dövləti – Qarabağ tarixi – etnoqrafik əyalətinin ərazisini əhatə edən mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyini yaratdı. Görünür, ayrı – ayrı dövrlərdə Azərbaycanın dövlət və inzibati əyalət sərhədləri dəyişsə də özünəməxsus maddi, təsərrüfat və mənəvi mədəniyyəti ilə xarakterizə olunan Qarabağ bir etnoqrafik əyalət kimi öz inkişafını – fasiləsiz olaraq davam etdirmişdir.

    XVII əsrin sonundan XVIII əsrin ortalarınadək Azərbaycanın feodal dövlətlərə – xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ xanlığı və Gəncə xanlığı yarandı.

    XVIII əsrin ikinci yarısında müstəqil Qarabağ xanlığı feodal dövlətinin yaranması onun öz müstəqilliyini qorumaq üçün həyata keçirdiyi iqtisadi, siyasi və mədəni tədbirlər Qarabağ tarixi – etnoqrafik əyalətinin sosial – iqtisadi həyatında hərtərəfli yüksəlişə, tərəqqiyə səbəb olmuşdu.

    Xanlıq cənub – şərqdən Kür – Araz çayları qovşağı, cənubdan Araz çayı qərbdən Qarabağ dağları adlanan Köşbək, Salvartı və Ərikli dağları ilə Göyçə gölünə qədər uzanmış, şimaldan Koran – Kür sayı ilə sərhədlənmişdi.

    Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Dəmirçi – Aslanlı, Künara, Bərgüşad, Bahabyurd, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləbird, xırdapara Dizax, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd, Dizax və Açantürk. On iki mahalın əhalisi bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət idi. Dizax, Vərənd, Çiləbird, Xaçın, Talış məlikliyi xəmsə adlanırdı. Bunların əhalisinin bir hissəsi xristian idi.[2]

    Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsus idi. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki, Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Kənd təsərrüfatında yüksək ənənəvi əkinçilik və suvarma mədəniyyəti yaranmışdı.

    Mənəvi mədəniyyətinin ən mühüm sahələrində də tarixən Qarabağ spesifik xüsusiyyətlərə malik olmuşdur. Hələ XVII – XVVIII əsrlərdə Azərbaycan ədəbi dilində ahəng qanunu məhz Qarabağ dialektinin təsiri ilə ardıcıllaşır. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə hətta bütün Şərqdə məşhur idi. Qarabağın baş şəhəri olan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur.

    Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi

    Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin qurulmasına yol açan muxtar vilayət 1923-cü ilin iyulunda yaradılır. Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretdə DQMV-nin yaradılması belə əsaslandırılır: "Keçmiş Rusiya imperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.

    Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın - ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.

    Bu özünü Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli şovinistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç "müstəqil dövlətə" parçalananda özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu "dövlətlərin" mövcud olduqları qısa müddət ərzində Qarabağ dağlarında və Zaqafqaziyanın digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.

    Hansı formada təzahür etməsindən asılı olmayaraq milli zülmün və qeyri-bərabərliyin məhv edilməsi, milli ədavətin və nifrətin zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və sovet hakimiyyətinin əsas vəzifələrindən biridir".

    Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekretinə görə, Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi olmaqla muxtar vilayət yaradılır, İcraiyyə Komitəsi və yerli sovetlər vilayətin idarə orqanları müəyyən olunur. Vilayətin əsasnaməsinin işlənib hazırlanması və inzibati vahidlərin faktik olaraq muxtar vilayətə verilməsi, habelə muxtar vilayətin sərhədlərinin müəyyənləşdirilməsi üçün dağlıq və düzən Qarabağ, Kürdüstan və Azərbaycan SSR mərkəzi hakimiyyətinin nümayəndələrindən ibarət qarışıq komissiya yaradılır.

    Sovet hakimiyyətinin sonrakı illərində DQMV-nin hüdudları və səlahiyyətlərinin genişləndirilməsi prosesi gedir, bölgədə ermənilərin say və mövqe üstünlüyü təmin olunur. 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanun qəbul edir. Bu qanunla DQMV-nin səlahiyyətləri daha da artırılır.

    1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələsi başlayanda ərazisi 4,4 min kvadratkilometr olan bölgə ermənilərin çoxluq təşkil etdiyi Stepanakert şəhəri (paytaxt), Mardakert, Əsgəran, Martuni və Hadrut rayonları və azərbaycanlıların çoxluq təşkil etdiyi Şuşa şəhərindən ibarət idi.

    Muxtar vilayətin bütün tarixi ərzində zaman-zaman separatçı şüarlar - Ermənistana birləşmək tələbləri irəli sürən ermənilər sonuncu dəfə 1988-ci ilin fevralında ayağa qalxırlar. Fevralın 13-də vilayətdə Ermənistanla birləşmək şüarıyla mitinqlər dalğası başlayır. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası SSRİ Ali Soveti qarşısında bölgənin Ermənistana birləşdirilməsi xahişiylə vəsatət qaldırır.

    Azərbaycan torpaqlarına 1988-ci il boyunca davam edən təcavüzün ardınca SSRİ Ali Soveti Dağlıq Qarabağda birbaşa Moskvanın tabeçiliyi altında çalışan Xüsusi İdarəetmə Komitəsi yaradır. 1989-cu ilin sonunda bu komitə ləğv edilərək Bakıya tabe olan Respublika Təşkilat Komitəsiylə əvəzlənir. Həmin ilin dekabrında Ermənistan parlamenti Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi haqda qərar qəbul edir.

    1991-ci ilin avqustunda SSRİ-nin dağılması prosesi sürətlənir. Avqustun 30-da Azərbaycan parlamenti respublikanın müstəqilliyini bəyan edir. Bundan 2 gün sonra DQMV və bu bölgəyə heç bir dəxli olmayan Şaumyan rayonu Xalq Deputatları sovetləri birgə sessiya keçirərək Dağlıq Qarabağ Respubliakı adlı saxta qurum yaradırlar. Respublika Təşkilat Komitəsi Stepanakertdən Ağdama köçməli olur. Ardınca Dağlıq Qarabağda azərbaycanlıların total etnik təmizlənməsi - qanlı müharibə balayır.

    1991-ci il noyabrın 20-də Martuninin azərbaycanlılar yaşayan kəndlərinə uçan nümayəndə heyətini aparan vertolyot Qarəkənd üzərində terrora məruz qalır. Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş nazirin müavini Zülfü Hacıyev, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, prezidentin mətbuat katibi Osman Mirzəyev, dövlət-hökumət xadimləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qurban Namazəliyev, DQMV hüquq-mühafizə, təhlükəsizlik orqanlarına başçılıq edən rusiyalı generallar daxil 20-dən çox adam həlak olur. Bu hadisə DQMV-nin ləğvinə təkan verir.

    Noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.

    Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılır.

    Əsgəran və Hadrut rayonları ləğv edilir, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılır, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilir.

    Hazırda keçmiş DQMV və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.

    Dağlıq Qarabağda separatçı rejim

    1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın DQMV-ni özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur. Ermənistan ordusu DQMV-ni və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkəkdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

    Tarixi faktlar

    1945-ci ilin payızında Ermənistan KP MK-nın katibi A.Harutyunov ÜİK(b)P MK-nın müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin Ermənistana verilməsi barədə təklif – layihə təqdim edir. Təklifdə xüsusi vurğu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. Bu zaman ÜİK(b)P katibliyi Azərbaycan KP MK katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir.

    A.Harutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə. Elə bu arqumentə-amilə əsaslanaraq azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın.



    Ədəbiyyat

    Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” (The series of “The true facts about Garabagh”) seriyasından kitablar:
    “Qarabağın tarixi haqqında qısa informasiya” (“Brief Information of the history of Garabagh”)
    “Azərbaycana qarşı erməni terror dəstələrinin fəaliyyəti” (“Activity of Armenian terrorist organizations against Azerbaijan”)
    “Xocalı soyqırımı” (“The Khojaly genocide”)
    “Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün nəticələri” (“Consequences of Armenian aggression against Azerbaijan”)

      Forum saatı: 21/11/2024, 3:35 am