BAKI, 5 dekabr – «Xəbərlər-Azərbaycan», Əli Məmmədov. Tanınmış rep ifaçısı Hüseyn Dərya (Muradov) həbs edilib. H.Dərya dekabrın 2-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən narkotik vasitə və bir ədəd qaz tapançası götürülüb. Hazırda cinayət işinin istintaqı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. H.Dərya ifadəsində narkotikləri Hikmət adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşları Hikmətin əvvəllər həbs olunmuş Hikmət Şahverdiyev olduğunu aydınlaşdırıblar. Şahverdiyev artıq həbs olunub.
H.Dəryanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi başlanıb. Reperin barəsində həbs-qətimkan tədbiri seçilib.
http://az.newsazerbaijan.ru/