RİA "Novosti" Agentliyinin yaydığı xəbərə görə Amerikanın Google İnternet-portalı öz reklamının Yahoo şirkətinə məxsus səhifələrdə yerləşdirilməsinə dair müqavilənin imzalanmasını təxirə salıb.
Məlumat üçün qeyd edək ki, sazişin dəqiqliklə araşdırılması üçün ABŞ antiinhisar orqanlarına uzunmüddətli vaxt verilmişdir.
Hazırda şirkət ABŞ Ədliyyə Nazirliyi ilə danışıqlar aparır. Yahoo ilə sazişin imzalanması barədə açıqlama verən şirkət səlahiyyətlisi layihənin dəqiqliklə araşdırılması üçün sənədin icrasının təxirə salındığını və bu haqda Yahoo şirkəti ilə razılıq əldə olunduğunu qeyd edib.