Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Fizika, kimya, fiziologiya və tibb üzrə Nobel-2010 mükafatı laureatları məlum oldu

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Fizika, kimya, fiziologiya və tibb üzrə Nobel-2010 mükafatı laureatları məlum oldu   Empty Fizika, kimya, fiziologiya və tibb üzrə Nobel-2010 mükafatı laureatları məlum oldu

    Yeni mövzu  Admin 18/10/2010, 11:54 am

    İctimai-siyasi və humanitar fəaliyyət sahəsində ən məşhur və nüfuzlu beynəlxalq mükafat olan Nobel-2010 mükafatı laureatlarının adları açıqlanmaqdadır.

    Bu il sayca 109-cu olan “Nobel həftəsi” oktyabrın 4-də həmişəki kimi fiziologiya və tibb üzrə laureatın elanı ilə start götürdü. Nobel mükafatının fiziologiya və tibb üzrə builki qalibi “in vitro” (ekstrakorporal mayalanma) süni mayalanma texnologiyasını hazırladığına görə britaniyalı alim Robert Edvards oldu. Alim süni mayalanma ilə bağlı tədqiqatlarla 1960-ci illərdən məşğul olmağa başlamışdır. 1978-ci il 25 iyul tarixdə ilk dəfə bu üsulla Luiz Coy Braun adlı bir qız uşağı dünyaya gəlmişdir.

    Fizika üzrə mükafat isə qrafenin icadına görə rus əsilli ingilis alimləri - Böyük Britaniyanın Mançestr Universitetinin Kral elmi cəmiyyətinin üzvləri professor Andrey Geym və Konstantin Novoselova nəsib oldu.

    Qrafen karbonun çoxatomlu ikiölçülü təbəqəsidir. Çoxlu sayda unikal xüsusiyyətlərə malik olan qrafen Yer kürəsində ən davamlı material hesab olunur. Bu material sensor displeylərin hazırlanması üçün çox yararlıdır. Qrafenin yaxın gələcəkdə elektron avadanlıqlarda geniş tətbiq ediləcəyi ehtimal edilir.

    Bu gün isə kimya nominasiyası üzrə Nobel-2010 mükafatı qaliblərinin adı açıqlanıb. Mükafata üzvi sintez sahəsindəki tədqiqatlarına görə ABŞ-ın Delavera Universitetinin fəxri professoru Riçard Hek, ABŞ-ın Perdyu Universitetinin əməkdar professoru Ey-içi Neqişi və Yaponiyanın Hokkaydo Universitetinin fəxri professoru Akiro Suzuki layiq görülüb. Alimlər üzvi sintez zamanı palladium katalizatorlarının köməyi ilə çarpaz əlaqələrin yaradılması reaksiyasını tədqiq ediblər.

    www.nobelprize.org rəsmi saytının məlumatına görə, ədəbiyyat üzrə nominasiyanın qalibinin adı oktyabrın 7-də, sülh naminə - 8-də, iqtisadiyyat üzrə isə - 11-də məlum olacaq.

    Qeyd edək ki, Alfred Nobelin vəsiyyətinə görə, alimlər bu mükafatla məhz bəşəriyyətə daha çox fayda verən kəşflərinə görə təltif edilməlidirlər.

    1901-ci ildən etibarən hər il ənənəvi olaraq İsveçin Stokholm şəhərində keçirilən bu təqdimat mərasimində (yalnız Sülh naminə nominasiyasının təqdimatı Oslo şəhərində keçirilir) dünya alimləri fiziologiya və tibb, fizika, kimya, ədəbiyyat, sülh naminə, iqtisadiyyat sahələrindəki elmi nailiyyət və kəşflərinə görə mükafatlandırılırlar.

    Onu da xatırladaq ki, hər nominasiyada mükafat 10 milyon İsveç kronuna (1,42 milyon ABŞ dolları) bərabərdir. Nobel mükafatlarının sahiblərinə qızıl medal və diplomların təntənəli təqdimetmə mərasimi hər il dekabr ayının 10-da məşhur İsveç ixtiraçısı, dilçi, filosof Alfred Nobelin vəfat etdiyi gündə keçirilir.

      Forum saatı: 21/11/2024, 3:42 am