Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Gizli Qovluq v2.0 (2010)

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Gizli Qovluq v2.0 (2010) Empty Gizli Qovluq v2.0 (2010)

    Yeni mövzu  Admin 15/1/2010, 2:47 am

    Proqram ikiqat şifrələnmiş formada sizin fayllarınızı qoruyur və başqaları tərəfindən baxılmamasına, istifadə edilməməsinə və silinməməsinə xidmət edir. Proqramı bağladıqdan sonra belə digər bir proses sizin fayllarınızı qoruyur, silinməməsinə, baxılmamasına xidmət edir.
    Gizli qovluğun bir neçə istifadəçisi ola bilər. Hər istifadəçinin öz şifrəsi və öz faylları ayrı ayrılıqda saxlanılır.
    Proqramın şifrəsinin tapılma ehtimalı yoxdur, əgər proqramın şifrəsini kimsə sizdən gizli şəkildə götürə bilsə belə gizli fayla qoyulan şifrə sizin fayllarınızı daha da məxfi saxlayacaq.
    Gizli qovluğun fayl tutumu sizin sərt diskinizin tutumu ilə eynidir. Bir faylın maksimum həcmi isə 20971520 bayt yəni 20 mb ola bilər.
    Proqramı ilk yüklədiyiniz zaman sizdən fəallaşdırma kodu istəyəcək. Fəallaşdırma kodunu əldə etmək üçün saytımızda “Fəallaşdırma kodu” bölməsinə baxın. Əgər proqramın yoxlama variantına baxmaq istəsəniz, fəallaşdırma kodu yerinə “demo” yazaraq daxil olun. “Demo” variantda gizli qovluğa daxil etdiyiniz faylların surətlərinin çıxarılmasına icazə verilmir. Nəzərinizə çatdıraq ki, yükləmə nömrəsi hər kompyuter üçün fərqlidir. Və kompyuter format olunduqdan sonra əvvəlki fəallaşdırma kodu keçərsiz sayılır.
    Qarşınıza çıxacaq pəncərədə istifadəçi adı olaraq “Administrator” seçilmiş olacaq. Proqram ilk yükləndiyi zaman bu istifadəçinin şifrəsi olmayacaq. “Daxil ol” düyməsini sıxaraq daxil olun. Daxil olduqdan sonra ilk işiniz şifrəni dəyişmək olsa, yaxşı olar.

    Gizli Qovluq v2.0 (2010) Login

    Daxil olduqdan sonra açılacaq pəncərə, əsas pəncərə adlanır. Sizin gizli fayllarınız bu pəncərədə görünəcək.
    “Yenilə” – düyməsi. Fayl axtarışından sonra, fayl silinməsindən və sairə əməliyyatlardan sonra “Yenilə” düyməsi sizin fayllarınızı yeniləyəcək.

    Gizli Qovluq v2.0 (2010) Main

    “Fayl əlavə et” – düyməsi. Bu düymə vasitəsi ilə fayllarınızı gizli qovluğa əlavə edə biləcəksiniz. Qarşınıza çıxacaq pəncərədən istədiyiniz faylı seçin. (Maksimum fayl həcmi 20971520 bayt ola bilər). Faylı seçdikdən sonra qarşınıza daha bir pəncərə çıxacaq. Əgər istəsəniz burada faylın özünə də şifrə qoya bilər, qeydlər əlavə edə bilərsiz. Məlumatları doldurduqdan sonra “Əlavə et” düyməsini sıxının. Bir neçə saniyədən sonra fayl gizli qovluğa əlavə olunacaq. Əks halda “Ləğv et” düyməsini sıxın və əlavə etməni dayandırın. Nəzərinizə çatdıraq ki, gizli qovluğa əlavə olunan fayl əvvəlki yerindən silinəcək.

    Gizli Qovluq v2.0 (2010) Adding

    “Surətini çıxart” – düyməsi. Seçdiyiniz faylın surətini çıxartmaq üçün istifadə olunur. Əgər həmin faylı gizli qovluğa daxil edərkən şifrə qoymuşdunuzsa, bu dəfə də həmin şifrəni yazmaq məcburiyyətində olacaqsınız. Əks halda faylın surətini çıxarmanız mümkün deyil.

    Gizli Qovluq v2.0 (2010) Extract

    “Faylı sil” – düyməsi. İstədiyiniz faylı gizli qovluqdan silmək üçün istifadə edə bilərsiz. Bu halada da əgər faylı qovluğa daxil edərkən şifrə qoymuşdunuzsa, yenidən şifrəni yazmağınız lazım gələcək.
    “Axtarış” – düyməsi.Faylların adlarına görə axtarış aparmaq üçün istifadə olunur. Axtarış, açar sözün faylın adının hansı hissəsində və simvolların böyük və kiçiyliyindən aslı olmayaraq aparılır. Axtarış bitdikdən sonra bütün faylları görə bilmək üçün “Yenilə” düyməsini sıxın.
    “Sıralama” – düyməsi. Qovluqdakı faylları ada, tarixə, qeydə, növə və həcmə görə sıralamağınıza xidmət edir.
    “Admin panel” – düyməsi. Adındanda məlum olduğu kimi proqramın bəzi ayarlamalarını etmək üçün istifadə olunur.
    “İstifadəçilər” – pəncərəsi. Yeni istifadəçi əlavə etmək üçün, isifadəçinin şifrəsin dəyişmək üçün və ya hər hansı istifadəçini silmək əməliyyatları aparıla bilər. Qeyd edək ki, istifadəçini silərkən həmin istifadəçinin faylları da silinmiş olur.

    Gizli Qovluq v2.0 (2010) Users

    “Baza” – pəncərəsi. Bu pəncərədə isə siz, öz fayllarınızın sayını və ümumi faylların həcmini görə bilərsiniz.

    Gizli Qovluq v2.0 (2010) Base

    “Vizual görüntü” – pəncərəsi. Bu pəncərədən isə siz özünüzə uyğun görüntü formasını seçə bilərsiniz. İstədiyinizi seçin və “Gözdən keçirt” düyməsini sıxın, xoşunuza gələn mövzunu “Görüntünü yadda saxla” düyməsi vasitəsi ilə yadda saxlaya bilərsiniz.

    Gizli Qovluq v2.0 (2010) Thema0

    “Haqqında” – düyməsi. Bu düyməyə sıxaraq proqram haqqında məlumat əldə etmək olar.
    “Bağla” – düyməsi. Proqramı bağlamaq üçün istifadə olunur. Proqramı bağlayarkən çox diqqərli olmalısınız. Gizli qovluq üzərində görülən əməliyyatlar proqram bağlanandan sonra həyata keçir. Bunun üçün proqram “Baza üzərində əməliyyat sona çatdı!” mesajını görənə qədər kompyuteri söndürməyin! Əks halda fayllarınız itə və ya zədələnə bilər.

    Mühüm qeydlər :
    Proqram bütün sınaqlardan keçirilib, kompyuterinizə zərər vurma ehtimalı yoxdur.
    Bəzi qoruma proqmları bu proqram tərəfindən dayandırıla bilər (Antivirus proqramları xaricində).
    Şifrənizi unutmayın, çünki şifrənizi unutduğunuz halda fayllarınızın geri qaytarılması mümkün deyil.
    “DEMO” – yoxlama versiya istifadə edərkən gizli qovluqa daxil olunan faylları proqramı fəallaşdırmamış surətini çıxarmaq mümkün deyil.
    Proqramı və bazanı flaş kartda gəzdirmək istəsəniz, proqramı yüklədiyiniz ünvandan (Standart ünvan : C:\Program Files\Sheyda) “Gizli qovluq” qovluğunu flaş kartınıza kopyalayın.
    Əgər proqramın silinməməsini istəsəniz “C:\Program Files\Sheyda\Gizli Qovluq\” qovluğundan “Uninstall.exe” faylını silin.


    Yüklə...

    .55 movzu var

      Forum saatı: 21/11/2024, 3:45 am