Google Earth-in fevral ayında çıxarılmış 5.0 beta versiyasının köməyi ilə Mars planetini bütün detalları ilə izləmək mümkün olacaq. Google Earth-də menyudan Marsı seçdikdə ekrana ən yaxın tarixdə çəkilmiş planetin peyk görünüşləri gəlir.
NASA-nın Themis adlı kamerasının çəkilişlərindən faydalanan Google Earth bununla istifadəçilərinə orbitdə səfər etmək şansı yaradır. Şirkət həm də məşhur astronom Giovanni Schiaparelli və Percival Lowell’in çəkdikləri xəritələrin köməyindən də istifadə edir.