Qadın və göz yaşları
Qadınlar tez-tez ağlayır.Onlar görüşəndə də ağlaya bilər,ayrılanda da.Dərddən də ağlaya bilər,sevincdən də.Hisslərin çoxluğundan da ağlaya bilər,çatışmamazlığından da.Konkret bir səbəb üzündən də ağlaya bilər,heç bir səbəb olmadan da...
Qadınlar nə vaxt bacarsalar o zaman gülürlər,amma nə zaman istəsələr ağlaya bilərlər.
Qadınların göz yaşları rəngarəngdir:işıqlı, kədərli,müqəddəs,incə,acı,şirin ...
Qadın göz yaşlarının sonu yoxdur,istənilən qədər göz yaşı tökə bilərlər:şəlalələr,çaylar,okeanlar qədər.
Göz yaşları-qadınların mükəmməl,ideal olmayan ətrafına öyrəşməsi üçün bir vasitədir.Kişilərin fikrincə göz yaşları ilə dərdə əlac etmək olmaz.Qadın isə ağlayır,ağlayır,baxırsan ki,dərdə əlac etməsə də sakitləşdirir.
Göz yaşları qadının natiqlik istedadıdır,çox vaxt sözlə deyə bilmədiyini,göz yaşı vasitəsilə çox asanlıqla izah edir.
Göz yaşları qadının silahıdır.Öz məqsədinə çatmaq üçün ən etibarlı silahı.Kütləvi məğlübiyyət və fərdi hərəkərlər üçün qarşısıalınmaz silahı.Kişilər göz yaşı müharibələrinidə həmişə qadına məğlub olur və qeyd-şərtsiz rəqibin şərtlərini qəbul edərək təslim olurlar.Kişilər qadınların bir çox silahlarının qarşısında duruş gətirə bilirlər:kapriz,qalmaqal,dava,isterika.Təkcə göz yaşlarından başqa))
Göz yaşı dözülməzdir!Qadın ağlayır,kişinin isə bircə arzusu olur:bircə sakitləşsəydi,hər şey etməyə hazırdır,bircə o hönkürməyini kəssəydi...Bu halda kişi qadına uşağa göstərdiyi münasibəti göstərir.Uşaq nə istəsə verin,bircə ağlamasın.
Təbii ki,qadının göz yaşları həm səmimi,həm də yalançı olur.Yenə də bunu ancaq qadın özü bilir,kişilər heç vaxt təyin edə bilməz,çünki təkcə Moskva göz yaşlarına inanmır,sadəlövh kişilərsə qadın göz yaşlarına inanır.İnanır və aldanır,hətta qadının onu aldatmaq fikri belə olmasa da.
Qadının göz yaşlarının səmimi və ya yalançı olmasını diqqətli olsanız bəzən təyin edə bilərsiniz.Göz yaşlarının itməsinə fikir versəniz.Əgər qadın hətta istədiyini alandan sonra da ağlayırsa,uzun müddət sakitləşmirsə deməli o ürəkdən ağlayırdı.Amma məqsədinə çatan kimi ağlamağını kəsirsə,tez kosmetikasını götürüb özünü səliqəyə salırsa deməli yalandan ağlayırdı.Bunu dərk etməyiniz artıq sizə kömək etməyəcək,çünki o məqsədinə çatandan sonra bilməyinizin nə faydası))