Əsl qadın
1) Gözəl qarşılamaq
- Ərini gülərüzlə qarşıla
- özünü bəzə və ətir vur
- Yaxşı xəbərlərlə başla və pis xəbərləri sonraya saxla
- Onu gözəl və həsrət çəkici sözlərlə qəbul et
2) Özünü bəzəmək və yumşaq səs.
-Ərinin xosladiği ətirlerden,renglerden ve paltarlardan istifade et
- öz bədəninə yaxşı qayğı göstərmək və sağlam olmaq
- Müntəzəm olaraq yuyun və pis qoxuları kənar et
- Ərinin səni çirkli paltarlarda və kobud formada görməsindən çəkin
- Haram olan bər-bəzəkdən və ifrat dərəcədə bəzənməkdən çəkin (xüsusilə hedsiz kosmetika, tatuirovka və s.)
3) Allahın verdiyi ilə qənaətlənmək.
- Ərinin kasıb və ya sadə işi olmasından dolayı sıxılmamalısan
- Sən kasıb, xəstə və əlil olan insanlara baxıb ALLAHın sənə verdiyinə şükür etməlisən
- Sən bilməlisən ki, əsl var-dövlət iman və möminlikdir
4) Ehtiram(Hörmət)
- Peyğəmbərin hədisinə görə ərlərinə qarşı naşükür olduqları ucbatından Cəhənnəmdə insanların çoxluğunu qadınlar təşkil edəcək.
- Ərinə qarşı minnətdar olmağın ərinin səni çox sevməsinə və səni razı salmaq üçün yaxşı işlər görməsinə həvəsləndirəcək
5) Onunla razılaşmaq.
- Onun hər bir sözünə itaət et. Əlbəttə ki, haramdan başqa
- İslamda ər ailənin əmiridir. Zövcə isə ailənin dayağıdır
6) Hirsləndiyi zaman onunla xoş davranmaq.
- İlk öncə onun qəzəbinə səbəb olacaq sözlərdən və ya hərəkətlərdən çəkin
- Lakin əgər bu baş verərsə, onda onu sakitləşdirməkdən ötrü aşağıdakı vasitələrdən istifadə et:
Əgər sən səhvsənsə, onda üzr istə.
Əgər o səhvdirsə onda:
- Mübahisə etməkdənsə, sakit dayan
- Ona de ki, sən düzgünsən
- Onun sakitləşəcəyinə qədər gözlə və məsələni gözəl yolla müzakirə et
- Əgər o, xarici (bayır) səbəblərə görə hisrlənibsə onda:
Hirsi gedənə qədər sakit dur
Onun üçün bəhanələr tap. Məs: yorğunluq, işdə problemlər, kimsə onu təhqir edib və s.
çoxlu suallar vermə və nəyin baş verdiyini təkidlə soruşma. Məs: a)Mənə nə baş verdiyini deməlisən. b) Sənin nəyə görə hirsləndiyini bilməliyəm. c) Məndən nəyisə gizlədirsən və bunu bilməyə haqqım var və s. Belə suallar verməyin.
7) Onun yoxluğunda İffətini(İsmətini) qorumaq.
- özünü haram əlaqələrdən qoru
- Ailənin sirlərini saxla, xüsusilə intim əlaqələri və ərinin başqasının bilməsini istəmədiyi şeylər
- Evin və uşaqların qayğısına qal
- Onun pulunun və malının qayğısına qal
- Onun icazəsi olmadan bayıra çıxma və çıxarkən tamamilə hicaba bürün
- Onun xoşlamadığı insanları evə dəvət etmə
- Naməhrəmlə hər hansı yerdə olur-olsun, təkbaşına qalmaqdan çəkin!
- Onun yoxluğunda valideynləri və qohumları ilə yaxşı davran
Onun ailəsinə və dostlarına hörmət göstərmək.
- Sən onun qonaqlarını yaxşı qarşılamalı və onları razı salmağa çalışmalısan, xüsusilə valideynlərini.
- Onun qohumları ilə bacardıqca problemlərdən çəkinməlisən
- Sən onu anası və sənin arasında seçim etmək vəziyyətinə qoymaqdan çəkinməlisən
- Onun qohumlarına qarşı qonaqpərvərlik nümayiş elə və onları yaxşı yerlərdə yerləşdir. Onlar üçün gözəl yeməklər hazırla, onların zövcələrini yaxşı qarşıla
- Onu öz qohumları ilə görüşməyi və öz evinə dəvət etməyi həvəsləndir
- Onun valideynlərinə və bacılarına zəng aç, onlara hədiyyələr al, onları hər bədbəxtlikdən qoru
9) Səbr və emosianal müdafiə.
- Kasıblıq və ya gərgin hallarla üzləşəndə səbirli ol
- özünə, ərinə, uşaqlarına, qohumlarına və s. bədbəxtlik baş verəndə səbirli ol
- Əgər ərin səninlə pis rəftar edirsə, onun pis rəftarına qarşı yaxşı rəftarla qarşılıq göstər
10) Pulu və ailəni saxlamaq.
- Onun pulundan icazəsi olmadan xərcləmə, hətta zəkat verəndə də
- Onun yoxluğunda evini və s. qoru
- Uşaqların yaxşı görünüşdə olmasına, paltarlarının təmiz olmasına diqqət elə. Onların qidalanmasına, sağlamlığına, təhsilinə və s. fikir ver. Onlara islamı öyrət və Peyğəmbərin (s.ə.s) və səhabələrinin (r.a.) həyatından rəvayətlər danış