Rusiya Federal Mühacirət Xidmətinin (FMX) direktor müavini Mixail Türkinin verdiyi məlumata əsasən, Rusiyada 2008-ci il yanvarın 1-dən etibarən hər kəs yeni biometrik xarici pasport ala bilir.
Artıq 101 min biometrik xarici pasportun təqdim edildiyini qeyd edən FMX rəsmisi bildirmişdir ki, bu proses Moskva, Sankt-Peterburq şəhərlərində və Kalininqrad vilayətində pilot layihəsi çərçivəsində həyata keçirilir.
Gələn ildən etibarən regionlar üzrə yeni xarici pasportların verilməsi yalnız mühacirət xidmətinin mərkəzi bölmələrində aparılacaq.
F.Türkin bütövlükdə sistemin yaradılmasını 2009-cu ilin sonunadək planlaşdırdıqlarını bildirmişdir: “Ölkənin bütün ərazisi lazımi texnika ilə təmin olunduqdan sonra vətəndaşlar bölmələrdə yeni pasportlarını ala biləcəklər ”.