Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Ümumi məlumat

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Ümumi məlumat Empty Ümumi məlumat

    Yeni mövzu  Admin 24/11/2008, 3:27 am

    Ərazi

    Azərbaycan Respublikasının ərazisi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

    Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.

    Sərhədlərin ümumi uzunluğu 3472km, onun 825 km-i su sərhəddidir. Cənubdan İran-la 765 km və Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.

    Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466), ən aşağı nöqtə isə -28 m Neftçala rayonu ərazisindədir. orta yüksəklik 657 m-dir.

    Əhali

    2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır.

    Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.

    Əhalinin orta yaşı 31 yaş təşkil edir.

    Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 86,6 % azərbaycanlılar, 2,2 % ləzgilər, 1,8 % ruslar, 1,5 % ermənilər, 5,0 % talışlar, 0,6 % avarlar, 0,5 % türklər, 0,4 % tatarlar, 0,4 % ukraynalılar, 0,2 % saxurlar, 0,2 % gürcülər, 0,2 % kürdlər, 0,13 % tatlar, 0,1 % yəhudilər, 0,05 % udinlər, 0,12 % isə digər millətlərdir.

    (2005-ci il tahmini)Etnik Grup Əhali %
    Azərbaycan Türkləri 8.426.000 %90.6[1]
    Ləzgi 185.400 %2.2[2]
    Rus 151.700 %1.8[3]
    Erməni - %1.5[4]
    Talış 75.800 %0.9
    Avar 42.100 %0.5
    Yəhudi 8.000 %0,09
    Digər 85.000 %1


    [5]


    Qeyd: Ermənilərin çox böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yerləşir.

    Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 % olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 % təşkil etmişdir.

    Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər

    o cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər

    Dövlət Quruluşu

    Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

    Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

    Dövlət Rəmzləri

    Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

    Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

    Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir.

    Paytaxt

    Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

    Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

    İqtisadiyyat

    Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb. AZN-nın dollarla nisbəti USD 1 = AZN 0,91 və ya USD 1 = AZM 4560. Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. 1 AZN = 5000 AZM-ə bərabərdir.

    Azərbaycan respublikasının dövlət büdcəsi 2007-ci il üçün 5,3 milyard manata (6,5 milyard ABŞ dolları) bərabərdir.
    Azərbaycan Tarixi
    tarixi və müasir dövlətlər
    Qədim tarix
    Manna Dövləti
    Midiya
    Atropatena
    Qafqaz Albaniyası


    Orta əsrlər
    Böyük Səlcuq İmperiyası 1037 – 1194
    Atabəylər dövləti 1135 – 1191
    Elxanilər dövləti 1256 – 1335
    Qaraqoyunlular 1375 – 1468
    Ağqoyunlular 1378 – 1508
    Şirvanşahlar 1206 – 1413
    Səfəvilər 1501 – 1722
    Qacarlar 1794 – 1925
    Azərbaycan xanlıqları 1736 – 1828


    Müasir tarix
    ADR 1918 – 1920
    Azərbaycan SSR 1920 – 1991
    Azərbaycan Milli Höküməti 1945 – 1946
    Azərbaycan Respublikası 1991 – 2008





    Dil

    Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

    Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

    Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

    Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

    Din

    Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışı İslamdır. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi.

    "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

    Azərbaycanda yaşayan xalqların tarixən İslam dininə mənsub olması məlumdur. Hətta Nizami, Füzuli kimi dünyaca məşhur şəxsiyyətlərin, o cümlədən, adlarının sətirlərlə yer tutacağı bir sıra elm, mədəniyyət, dövlət xadimlərinin məhz mesəlman olması danılmaz faktdır.

    Ancaq əsrlərlə başqa dinlərin nümayəndələrinə də xoş münasibət göstərən və onların dinlərinə xidmət etməklərinə mane olmayan azəri türkləri bunun qarşılığında İslamiyyət əleyhinə aparılan siyasətlərin qurbanı olub. Dinimizin əsasında yeri olmayan şiə-sünni qarşıdurmasının ən çox dəstəkləndiyi və artıq "tez-tez qanayan yara" halına gətirildiyi coğrafiyalardan ən başlıcalarından biri də ölkəmizdir. Bu isə mənfur qonşularımızın və İslamiyyət düşmənlərinin xeyrinədir.

    Hal-hazırda Azərbaycanda İslam dini üstün mövqe tutur. Məzhəblərə gəldikdə isə azərbacanlıların çoxu (67%) 12 imam şiələridir. Bu əsasən Səfəvilər (16-18-ci əsrlər) dövlətinin Azərbaycan ərazisində bu məzhəbi təbliğ etməsi ilə bağlıdır.

    Bir faktı da qeyd etmək lazımdır ki, "qılınc müsəlmanı" termini azərbaycan xalqına, ələlxüsus da əhalinin əksəriyyətini təşkil edən azəri türklərinə şamil edilə bilməz. Belə ki, Xəzər türklərinin Tək Tanrılıq prinsiplərinə uyğun olan dinə (Atəşpərəstlik deyil) sitayiş etməsi məlumdur. Xəzərlər bir müddət müsəlman-ərəb qoşunlarına qarşı döyüşdükdən sonra elçilər göndərmiş və İslamiyyətin əsl mahiyyətini anladıqdan sonra qəbul etmişdirlər. Hətta bu təslimiyyət günlərimizə qədər davam edən və, Rəbbimizin iznilə, Axirətə qədər davam edəcək sadiqliyə çevrilmişdir.

    Təhsil
    Azərbaycan Respublikası Təhsil Nazirliyi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, həmçinin bax- TQDK

    Universitetlər

    Azərbaycan Universitetləri

    Münaqişə

    Dağlıq Qarabağın Erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qadər azərbaycanlı həlak olmuşdur.

    Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.

    Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

    Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

    Azərbaycanın şəhər və rayonları


    Abşeron, Ağdaş, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Bakı (paytaxt),Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Daşkəsən, Dəvəçi, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Cəlilabad, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Oğuz, Qəbələ, Qax, Qazax, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan, Samux, Şəki, Şamaxı, Şəmkir, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab
    Naxçıvan Muxtar Respublikası
    Babək, Culfa, Naxçıvan, Ordubad, Sədərək, Şahbuz, Şərur
    Hazırda işğal altinda olan əraziləri:
    Dağlıq Qarabağ, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı,Zəngilan

    Bayramlar və xüsusi günlər

    Rəsmi
    1 Yanvar - Yeni İl
    20 Mart - 21 Mart - Novruz bayramı
    28 May - Respublika günü
    15 İyun - Milli Qurtuluş günü
    26 İyun - Azərbaycan Silahlı Quvvələri günü
    18 Oktyabr - Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi günü
    12 Noyabr - Konstitusiya Günü
    17 Noyabr - Milli Dirçəliş günü
    31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

    Dini
    Qurban Bayramı (2 gün)
    Ramazan Bayramı (2 gün)

      Forum saatı: 21/11/2024, 3:42 am