Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Sen artiq menim deyilsen...

    Forumcu_qiz
    Forumcu_qiz


    İsmarıc sayı : 122
    Registration date : 25/03/09

    Sen artiq menim deyilsen... Empty Sen artiq menim deyilsen...

    Yeni mövzu  Forumcu_qiz 27/3/2009, 4:32 am

    Gözləmədiyim bir anda sorğusuz, sualsız girdin dünyama. Sanki ikimiz də sehirlənmişdik. Bir birimizi illər var ki tanıyırmışıq kimi. Gecələri yatmazdım, səni seyr edim deyə, hər dəfə seni seyr etdiyimi gördüyündə gülərdin. Bir gün bir - birimizin səsini eşitmədikdə dayana bilməzdik. Oxuduğun o mahnı: “Unudarsan deyə qorxuram” qulaqlarımdan heç getməzdi. Elə bir bütünləşdik ki, səninlə dillərə düşdük, qısqanıldıq. Çünki ətrafımızdakılar belə bir sevgi görməmişdi, dadını duymamışdı.Hər şey o qədər gözəl və
    təmiz idi ki... Tək bir pis xüsusiyyətim qısqanc idim. Səni öz gözümdən belə qısqanırdım. Bununla səni nə qədər boğduğumu görürdüm hər nə qədər sənə hiss etdirməsəm belə. Və bir gün artıq dayana bilmədin. Belə getməyəcək dedin... Bu sevgi bitməli...
    Mən sən olmuşkən, ürəyim səndəykən, sən nəfəsim olarkən, sənsizlik qalsın bir yana, sənsiz yaşamağı təsəvvür edə bilməzkən... Sözlərin qəlbimə toxundu. Xatırlayırsan bizim sevgimiz səhər ezanı ilə başlamışdı. O oxunan əzanla, səhəri qarşılayan gecə şahid olmuşdu sevgimizə...Söz vermışdik bir birimizə, Əllərimiz heç vaxt ayrılmayacaqdı.Bu dünya bir yana, o biri dünyada belə birlikdə olacaqdıq.Tanrım bizi ayırmasın deyirdik.
    Sevgindən o qədər əmindim ki, nə olursa olsun sən mənə qıymazsan deyirdim. İndi sən həm mənə, həm də sevgimizə qıyırsan. Mən sənə qıymaram, getmək istəyirsənsə get. Ürəyimdən səni silib ata bilmərəm.
    Gecə yerinə uzandığında ağlına məni gətirəcəksən, özləyəcəksən bəlkə də çıxıb gəlmək istəyəcəksən.
    Mən yenə mən olacağam, sözümdən dönməyəcək, kimsənin olmayacağam, sən mənim vazkeçilməzimsən. Amma onu bilirəmki SƏN ARTIQ MƏNİM DEYİLSƏN...

      Forum saatı: 21/11/2024, 4:00 am