Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Ananin sevgisi !

    Forumcu_qiz
    Forumcu_qiz


    İsmarıc sayı : 122
    Registration date : 25/03/09

    Ananin sevgisi ! Empty Ananin sevgisi !

    Yeni mövzu  Forumcu_qiz 27/3/2009, 4:32 am

    Gözlərində yaşlarla “yeni paltarımı bəyəndinizmi?” deyə soruşdu yoldan keçən birinə.
    “Anam onu mənim üçün tikib”. Yoldan keçən yaşlı qadın, ona səslənən balaca qıza gülümsəyərək baxdı. “Hə, çox gözəl paltarın var, bala” dedi və soruşdu: Bəs niyə ağlayırsan?
    Balaca qız, səsi titrəyərək:
    Çünki, bu paltarı tikdikdən sonra anam getməli oldu.
    Yaşlı qadın ona təsəlli vermək niyyətilə “Üzülmə, Anan sənin kimi balaca sevimli bir qızı uzun müddət gözlətməyəcək, tez qayıdacaq.”
    Yox ay xala Atam dedi ki, anam bir də geri gəlməyəcək.O indi cənnətdə, nənəmlə babamın yanındadı.Yaşlı qadın balaca qızın ağlama səbəbini öyrəndiyində onu qucaqlayaraq “gedən anası”üçün O da ağlamağa başladı. Balaca qız yaşlı qadını təəccübləndirən bir hərəkətlə ağlamasını kəsib, bir iki addım geri çəkilərək həzin bir səslə mahnı oxumağa başladı.Mahnı balaca bir quşun mahnısı idi. Balaca qızın səsi yaşlı qadının indiyə kimi duyduğu ən gözəl səs idi.Mahnını bitirdikdən sonra balaca qız yaşlı qadına:Bu anamın mənə öyrətdiyi mahnı idi.Özü də tez – tez oxuyardı. Mənə söz verməmi istəmişdi ki, nə vaxt ağlasam bu mahnını oxuyum.Çünki nə vaxt ağlasam bu mahnını oxuduğumda göz yaşlarımın dinəcəyini demişdi.Bu sözləri deyib qurtardıqdan sonra balaca qız gözlərini göstərdi, baxın....
    Göz yaşlarım qurudu.
    Yaşlı qadın getmək üçün qalxdığında balaca qız sanki yalvarırmış kimi ətəyindən tutdu. Bir az da qalın deyə: Sizə bir şey göstərmək istəyirəm dedi.Sonra paltarındakı bir nöqteni barmağının ucu ilə göstərdi.Baxın anam burdan öpmüşdü, daha sora başqa bir nöqtəni: Burdada bir öpüşü var.Burda da , baxın burda da hər tərəfi öpüşləri ilə doludur.Məni ağladacaq hər səbəb üçün anam bu paltarımın bir yerinə bir öpüş qoydu.
    O anda yaşlı qadın təkcə paltara baxmadığını başa düşdü.Dönməmək üzrə gedəcəyini bilən və anasız qalacaq qızının qarşılaşacağı kədəri azaltmaq üçün onun yanında olmayacağını və qızına opə bilməyəcəyini düşünən bir anaya baxır və o ananı görürdü.
    Ana balaca qızına olan sevgisini indi onun geyməklə qürur duyduğu bu paltarına işləmişdi.
    ”Paltarımı bəyəndinizmi?” Yaşlı qadının ağlına o an balaca qızın soruşduğu bu sual gəldi.
    Və bu günə kimi bu qədər gözəl ana sevgisi ilə dolu bir paltar görməmişdi.

      Forum saatı: 21/11/2024, 3:54 am