Microsoft kompaniyasından özlərinin Kumo.com adlı axtarış servislərinin daxili sınaqlarını keçirdiklərini bildiriblər. Bu barədə Microsoftun axtarış və reklam şöbəsinin vitse-prezidenti Satya Nadella bildirib. Kumo.com`un yeni funksiyaları barədə hələ ki dəqiq məlumat verilmir. Kumo.com korporativ şəbəkə daxilində mövcuddur və kifayət qədər müraciət almaq üçün biz daxili trafiki live.com`a yönləndirəcəyik. Kumo - bizim bu daxili sınaqlarımızın kod adıdır. - Satya Nadellanın dərc olunan məlumatında bildirilir.
xeberler.az