Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir Empty Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir

    Yeni mövzu  Admin 24/3/2009, 11:09 am

    Ölkə Prezidentinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 noyabr tarixli Fərmanının icrası çərçivəsində ünvan reyestrinin yaradılması və onun daşınmaz əmlakın kadastr xəritəsi ilə əlaqələndirilməsi ölkəmizdə “Elektron hökumət” proqramının tərkib hissəsi kimi gələcəkdə əhalinin siyahıyaalınması ilə bağlı sxematik planların, habelə seçici siyahılarının qısa müddətdə hazırlanmasını təmin edəcək.

    Bunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bildirib. Bu işlərə sərf olunan maliyyə vəsaitinin minimuma endiriləcəyini deyən A. Qaraşov, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının qısa müddətdə aparılmasının hüquqi və fiziki şəxslərin əmlak vergisinə daha fəal cəlb olunmasına şərait yaradacağını vurğulayıb.

    Bundan əlavə, ünvan reyestrinin yaradılması əhalinin reyestrinin düzgün aparılmasına, rabitə-poçt sisteminin təkmilləşdirilməsinə, küçələrin, prospektlərin, meydanların adlarının və daşınmaz əmlak obyektlərinə verilən nömrələrin daim dəqiq və sahmanlı olmasına kömək göstərəcək. Bununla da fövqəladə hallar zamanı ünvanların dəqiqləşdirilməsi sahəsində mövcud çətinliklərin aradan qaldırılması, yanğından mühafizə, təcili tibbi yardım və s. spesifik xidmətlərin elektron xəritə ilə təchiz olunması, nəqliyyat vasitələrində ünvanı avtomatik müəyyənləşdirən proqram təminatının yaradılması operativ şəkildə həll ediləcək.
    Ünvan reyestrinin yaradılması “Elektron hökumət” proqramının tərkib hissəsidir 1078

    xeberler.az

      Forum saatı: 21/11/2024, 3:38 am