AMEA-nın müxbir üzvü, professor, ADNA-nın “Kompyuter texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri S.Q.Kərimov, MAA-nın “Aerokosmik informasiya texnologiyaları və idarəetmə sistemləri” kafedrasının dosenti S.B.Həbibullayev, ADNA-nın “Kompyuter texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti T.İ.İbrahimzadənin “İnformatika” kitabı işıq üzü gördü. Kitaba rəy verənlər AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyev və BDU “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ə.Ə.Əliyevdir.
Təqdim olunan dərslik 2002-ci ildə müəlliflərin nəşr etdikləri “İnformatika” dərsliyinin təkmilləşdirilmiş və genişləndirilmiş variantıdır. Baxılan dərslik İnformatika fənninin müasir problemlərinin hamısını əhatə edir. Burada informatikanın əsas anlayışları, müasir kompyuter texnikasının əsasları, fərdi kompyuterlər, alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları, kompyuterin proqram təminatı, o cümlədən, sistem və tətbiqi proqram təminatı, müasir fərdi kompyuterlər üçün geniş tətbiq olunan mətn, cədvəl, qrafik və riyazi proqram paketləri, verilənlər bazaları və onlarla işləmək üçün proqram paketləri, informasiya təhlükəsizliyi, kompyuter şəbəkələri, o cümlədən İnternet şəbəkəsi şərh olunur. Dərsliyin materialının asan mənimsənilməsi üçün mövzular kifayət sayda illüstrasiyalarla və misallarla müşayiət olunur.
Kitab ali məktəblər üçün dərslik kimi nəzərdə tutulub. Kitabdan magistrantlar, aspirantlar, müəllimlər və müasir kompyuter texnologiyasını öyrənmək istəyənlər də istifadə edə bilərlər.
www.ikt.az