Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Join the forum, it's quick and easy

Bizim foruma xoş gəldiniz! Daha çox şey öyrənmək və gözəl vaxt keçirmək üçün qeydiyyatdan keçin !

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Əyləncə və İnformasiya texnologiyaları forumuna xoş gəlmisiniz !


    SƏnƏ Qurban KƏsƏrƏm

    Admin
    Admin
    Admin
    Admin


    İsmarıc sayı : 425
    Age : 36
    Location : Azərbaycan
    Registration date : 03/11/08

    SƏnƏ Qurban KƏsƏrƏm Empty SƏnƏ Qurban KƏsƏrƏm

    Yeni mövzu  Admin 24/3/2009, 10:55 am

    Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər.

    «Qır at»ın yox, «Qrad»ın var, «Dür at»ın yox, dürr adın var, ağılın var, savadın var və soyun var, soyadın var cihadın var Vətən uğrunda sənin, eylə hücum, sən cum, onun üstünə cum, sür maşını - at qradı, kəs başını - al muradı, qov o köpək oğlunu burdan Yerevanə, qov onu xanəbəxanə, qulağın yox, nəsilin kəs ki, yayılsın bu xəbər cümlə cahanə, bunu isbat elə dünyadə hər insanə ki, qorxutmaz əzizim, bizi bundan sonra OON, geyə min don, nə Klinton, nə Parij, Bonn, nə də London, qoyuban son, deginən onlara pardon, çaxasan başına patron, deyəsən ay kopoyoğlu Mixail, aləmi qatdın, deyəsən arzuna çatdın və müsəlmanı azaltdın, bir üzükçün elə bir cənnəti satdın, Qarabağ oldu biyaban, Bakıda doldu xiyaban, oğulum getdi əlimdən, qızımı doğradı düşmən, qana qandır demisən sən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətəninin qeyrətini qoruyan əsgər.

    Bilirəm qışda başın üstdən əzizim, neçə sərt ruzgar əsir, qar ələyir, şaxta kəsir. Heç sənə lazım deyil əsla, neçə minlik «propitka», sənə bir adicə «kurtka», sənə bir tüklü «batinka», sənə bir isti «kazarma», sənə bir yaxşı «bozartma», gəl utandırma qızartma, günə yüz min qazanan, gündə gəzən yüz qızınan, öz varına özü qızınan, azəri övladlarını ki, bu qədər varlıdılar, hallıdılar, pulludular, mallıdılar... Sən nə özündən çıx, əzizim, nə də hirslən, axı sən mərdsən, igidsən, Vətən üçün bir ümidsən.

    Külək ollam əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər!!!

      Forum saatı: 21/11/2024, 3:42 am