Visual Basic-lə Tanışlıq
Visual Basic hal hazırda ən məhşur və ən sadə proqramlaşdırma dilinə çevirilir. Yalnız əsasları bilən istifadəçilərdə çox qısa bir vaxtda 'pəncərə' uslublu (yəni Windows'un standart proqramları kimi olan) proqram yarada bilərlər. Yəni Visual Basic'i öyrənməyə başlayan kimi artıq müəyyən mürəkkəblikdə proqram yaratmağa başlaya bilərsiz. Visual Basic' i öyrənmək heç bir şəxs üçün çətin deyil: siz məs., Word proqramı ilə sərbəst işləməyi bacarırsınızsa, Visual Basic'ə də çox tez bir zamanda yiyələnib, kifayət qədər yüksək səviyyədə olan funksional proqramlar yarada bilərsiniz. Lakin bu heç də o demək deyil ki, VB yalnız sadə proqramlar yaratmaq üçün istifadə olnur, bu proqramlaşdırma dili ilə istənilən səviyyədə peşəkar və faydalı proqramlar yaratmaq da mümkündü. Visual Basicin altıncı və yeddinci versiyaları isə sizə hətta Web proqramlarıda (web application) yaratmaq imkanı verə bilər.
Bu dərsliyin əsas məqsədi proqramlaşdırmaya həvəsi olan şəxslərə kömək etmək və proqram yaratmağa başlamaq üçün lazım olan əsaslı bilgilər verməkdir.
Visual Basic ilə proqram yaratmağa başlamaq üçün siz kompyuterinizə Microsoft Visual Basic 5.0 və ya 6.0 (məsləhət görünür) sistemini qurmalısınız (install).
Dərs 1. Tanışlıq.
1.1. Visual Basic'in qısa təsviri.
Visual Basic 'yüksək səviyyəli' proqramlaşdırma dilidir. Visual Basic hələ DOS sistemində istifadə olunan BASİC (Beysik) proqramlaşdırma dili əsasında yaranıb. BASİC sözü 'Beginners' Allpurpose Symbolic Instruction Code' ifadəsinin qısaltmasıdır. Bu ifadənin təxmini tərcüməsi belədir: 'təcrübəsiz istifadəçilər üçün çoxməqsədli simvolik əmrlər kodu'. Öyrənməyi ən asan olan proqramlaşdırma dilidir. Yazılan komandalar adi ingilis dilində yazılmış sözləri xatırladır. Basic dilinin müxtəlif şirkətlərə məxsus olan müxtəlif versiyaları mövcuddur: Microsoft QBASIC, QUICKBASIC, GWBASIC ,IBM BASICA və s.
Visual Basic isə vizual və hadisələrə əsaslanan proqramlaşdırma dilidir. Məs bu xüsusiyətlər onu köhnə BASİC'lərdən fərqləndirir. Visual Basic BASİC'dən fərqli olaraq qrafiki əhatədə proqramlaşdırmağa imkan verir, və bundan əlavə yaradılan proqramların da görünüşünü qrafiki etmək olar. Burada istənilən obyekt sadə bir şəkil kimi çəkilə bilər (məs., Paint proqramında bir şəkil kimi), və eyni zamanda hər bir obyektin proqramını başqalarından asılı olamayaraq daxil etmək olur. Yani Visual Basic ilə yaranan proqramlar bir neçə müxtəlif obyektlərin proqramlarından ibarət olur, və həmin proqramlar həm müstəqil olaraq, həm də birbiri ilə əlaqədə olaraq fəaliyyət göstərə bilər.
1.2. Visual Basic'in əhatəsi (əhatə görünüşü)
Visual Basic'i işə saldıqdan sonra şəkildə gördüyünüz pəncərə yaranır (şək.1.1).
Burada siz yeni proyektə başlamağı və yaxud artıq yaratdığınız proyektin üzərində işi davam etməyi seçə bilərsiniz. Proyekt yaratdığınız proqramda istifadə edəcəyiniz fayllar toplusuna deyilir. Proqramlar müxtəlif növlərdə ola bilər, lakin biz normal bir proqram yaratmaqdan başlamalıyıq, yəni Standard EXE növündən (EXE proqramların əsas işçi faylının artırmasıdır: məs., Calculator proqramının əsas işçi faylı calc.exe adlanır).
şək.1.1. Visual Basic'in başlanğıc pəncərəsi.
Şəkildə gördüyünüz pəncərədən Standard EXE variantını seçib Open düyməsini basın.
1.2. şəkilində gördüyünüz Visual Basicin iş əhatəsidir. Bu əhatə bu kimi hissələrdən ibarətdir:
Proqramın hələlik boş olan pəncərəsi (bu pəncərəyə lazım olan obyektləri əlavə etmək də olar)
Proyektin pəncərəsi. Bu pəncərədə proyekdə istifadə olunan bütün faylların siyahısı olur.
Xüsusiyyətlər pəncərəsi. Yaratdığınız müxtəlif obyektlərin xüsusiyyətlərini burada dəyişmək mümkündür.
Burada həmçinin Alətlər sırası da mövcuddur ki, həmin alətlər ilə VB proqramına müxtəlif obyektlər daxil etmək mümkündür. Bu obyektlərdən mətn sahələri (text fields), düymələr, statik yazılar (labels) və bir çox başqalarını qeyd etmək olar. Obyektlər istifadəçiyə mə'lumat çatdırmaqla bərabər istifadəçi tərəfindən mə'lumat daxil etmək üçün də istifadə oluna bilər. Həmin obyektlərdən proqramın dizaynını yaratmaq üçün də istifadə etmək olar.
şək.1.2. Visual Basic'in işçi əhatəsi.
Dərs 2. Visual Basic ilə proqramların yaradılması
2.1. Birinci proqramınızın yaradılması
Bu hissədə Visual Basic ilə proqram yaradılması haqqda heç bir ətraflı texniki mə'lumat vermək fikirimiz yoxdu, burada yalnız nümunələr ilə proqramın yaradılması prinsip və ardıcıllıqları görsədiləcək. Aşağıda verilən nümunələrdən başlayaq.
Nümunə 2.1.1. Sadə bir proqramdan başlayaq. Visual Basic'i işə salın və Standard EXE variantını seçin. Adətən, bunu etdikdən sonra Form1 adlı pəncərə forması artıq hazır olur. Bu formadan yeni proyektin yaradılmasını başlamaq olar. Form1'in üzərində mausun düyməsini iki dəfə basdıqda Form1 üçün proqram kodu daxil etmək üçün xüsusi pəncərə açılır(şək. 2.1). Hər bir obyektin proqram kodunda başlanğıc və son sətrlərin olması mütləqdi. Gördüyünüz kimi bu sətrlər artıq hazırdı (Private Sub Form_Load ... End Sub), və biz yalnız proqramın əsas kodunu daxil etməliyik.
Gəlin bu pəncərəyə diqqətlə baxaq.
şək.2.1. proqram kodunun pəncərəsi
Pəncərədəki kod müəyyən bir obyektə aiddir (şəkildə gördüyünüz kod Form obyektinə aiddir). Kodun başlanğıc sətrində gördüyünüz Private Sub kodun konkret obyektə aid olduğunu bildirir. Obyektin adı ...Sub sözündən sonra daxil olunur (Private Sub Form.). Obyektin adından sonra isə proqram kodunu nə vaxt yerinə yetirələcəyini müəyyən edən hadisə adı (event) olmalıdır. Hadisə nə olduğunu növbəti bənddə açıqladıqdan sonra nümunəmizi davam edərik.
2.2. Hadisələr (events) [B]
İstifadəçi və müxtəlif proqramlar tərəfindən yerinə yetirilən hər hansı bir əməliyyat sistem tərəfindən hadisə kimi qəbul olunur. Bu hadisə akiv proqram tərəfindən də qəbul edildikdən sonra proqramda baş vermiş hadisəyə müvafiq əməliyyat yerinə yetirilir. Sistemdə baş verən hadisənin hər birinin xüsusi sistem daxili adi mövcuddu. Həmin hadisə adlarından obyektlərin proqram kodunun nə vaxt yerinə yetiriləcəyini müəyyən etmək üçün istifadə edirik.
Hər obyektin özünə məxsus hadisələr toplusu var. Gəlin nümunəmizi davam edək və hadisələrlə daha yaxından tanış olaq.
Nümunə 2.1.1(davamı). Artıq pəncərənin əsas forması hazırdı. Gəlin formanın üzərində bir düymə yerləşdirək. Bunu etmək üçün sol tərəfdə yerləşən alətlər sırasındakı Command Button alətindən istifadə etməliyik (şək.2.2.)
Command button üzərində iki dəfə mausun düyməsini basın. Formanın mərkəzində
Command1 adlı bir düymə obyekti yaranmalıdı.
şək 2.3. Nümunə 2.1.1'in görünüşü.
Command1 üzərində iki dəfə düyməni basmaqla həmin obyektin proqram koduna daxil olaq. Gördüyünüz kimi Command1_Click() adlı hadisə üçün proqram kodu artıq hazırdı. Bu, o deməkdir ki, Command1 üzərində Click hadisəsi baş versə, sonrakı sətrlərdə yazacağımız proqram kodu yerinə yetirələcək. Click hadisəsi mausun düyməsini bir dəfə basılanda baş verir. Yəni, Command1'in üzərində mausun düyməsi bir dəfə basılarsa Command1_Click() adlı proqram kodu işə düşəcək. Şək. 2.4.'də gördüyünüz siyahıda müxtəlif başqa hadisələri seçib onlar üçün də proqram kodu daxil etmək olur.
şək 2.4. Hadisələr siyahısı.
[B]2.3. Print komandası.
Nümunəmizi komandaları əlavə etməklə davam edək. Komanda Visual Basic proqramlaşdırma dili ilə yazılmış kompyuterə verilən əmrdir. Proqram işə düşən zaman proqram kodunda olan komandalar yerinə yetirilir. Aydındır ki komandaların xüsusi yazılış qaydaları var, və komandalardan istifadə etmək üçün bu qaydaları bilmək vacibdir. Birinci istifadə edəcəyimiz komanda Print komandasıdır.
Print komandası mətni və ya rəqəmi formanın üzərinə daxil edir. Mətni formaya çıxartmaq üçün onu dırnaq işarələri ilə daxil etmək lazımdır. Məs., Print "Salam!" komandası formaya 'Salam!' sətrini daxil edir. Command1 obyektinin Click hadisəsinin proqram koduna Print "Salam!" komandasını daxil etsək, proqramı işə saldıqda Command1 obyektinin üzərində düymə basılsa formaya 'Salam!' mətni əks ediləcək.
Bunu etmək üçün Command1 üzərində iki dəfə düyməni basaraq onun koduna daxil oluruq və Private Sub.... End Sub sətrləri arasına Print "Salam!" daxil edirik. Nəticədə belə bir kod alınmalıdır:
Private Sub Command1_Click()
Print "Salam!"
End Sub
Təbriklər! Birinci proqramımız hazır. Bircə proqramı yoxlamaq qalır. Yuxarı hissədə yerləşən Start düyməsini (şək.2.5) basaraq və ya Run menyusundan Start sətrini seçərək bunu etmək olar. Bundan sonra proqramın pəncərəsi işə salınır.
şək.2.5. proqramı işə salmaq üçün istifadə olunan Start düyməsi
Artıq proqramın kodunun necə işləməsini yoxlamaq olar. Yadınızdadırsa, Command1 düyməsini basdıqda Form1'ə 'Salam!' sözü yazılmalı idi. Bunu yoxlayaq. Nəticə şək.2.6'da gördüyünüz kimi olarsa, deməli, proqram düzgün tərtib olunub.
şək.2.6. Nümunə 2.1.1'in nəticəsində alınan proqram
Bu komanda yalnız Command1 düyməsi basılanda yerinə yetirilir, çünki həmin komanda obyektin Click hadisəsinə daxil olunub. Başqa hadisələrdən də istifadə etmək olardı, amma bu haqqda bir qədər sonra mə'lumat veriləcək.
2.4. Sadə riyazi əməliyyatlar.
Visual Basic'in sadə riyazi əməliyyatların yazılışı bütün başqa proqramlaşdırma dillərində olduğu kimidir. Aşağıda verilən cədvəldə əməliyyatların riyaziyyatda və VB'də müvafiq yazılışları verilib.
Əməliyyat
Riyaziyyatda
Visual Basic`də
Nümunə
Toplama
+
+
3+2
Çıxma
-
-
3-2
Bölmə
:
/
4/2
Vurma
x
*
2*3
Quvvəyə yüksəltmə
32
^
3^2
Nümunə 2.2. Bu əməliyyatları elə Print komandasının köməyi ilə tətbiq edib yoxlamaq və məşq etmək olar. Bunu etmək üçün Visual Basici işə salıb yeni Standard EXE növlü proyekt yaradın. Alınan formun üzərində Command Button düyməsini yaradın. Sonra həmin düymənin koduna daxil olun (üzərində iki dəfə mausun düyməsini basmaqla) və nümunə kimi belə kod daxil edin:
Print 2 * 2
şək.2.7. Riyazi əməliyyat
Ona da fikir verin ki, burada artıq dırnaq işarəsi istifadə olunmur. Dırnaq işarəsi nəticəsi mətn olan komandalarında istifadə olunur.
Bunu etdikdən sonra Run düyməsi ilə (F5 ilə əvəz etmək olar) proqramı işə salın və yoxlayın. Command1 üzərində düymə basılması nəticəsində Form1 də 4 rəqəmi daxil olunmalıdır.
Bu nümunəni əsas götürərək başqa riyazi əməliyyatları da yoxlayın.
2.5. Obyektlərin xüsusiyyətləri
Xüsusiyyətlərin dəyişilməsi
Formada yerləşdirilmiş bütün obyektlərin və o cümlədən elə formanın özünündə hər birinin özünə məxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən obyektin rəngi, ölçüləri, üzərindəki yazısı və s. kimilərini misal gətirmək olar. Bu xüsusiyyətlərin əksəriyyətini proqramı yaradarkən tə'yin etmək olur. Bunu etmək üçün xüsusi Properties pəncərəsindən istifadə etmək lazımdı.
şək.2.8. Xüsusiyyətlər pəncərəsi.